Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycanlı alim Daşkənd Dövlət Pedaqoji Universitetində mühazirə oxuyub

05-06-2024 [ 10:43 ] [ oxunub:37 ]
printerA+ | A-
104635

Azərbaycanlı alim Özbəkistanda “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs” mövzusunda mühazirə oxuyub
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli tərəfindən Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs” mövzusunda yuxarı kurs tələbələrinə mühazirə oxunub.
Mühazirədə Azərbaycan xalqının zəngin mədəni, ədəbi irsi haqqında məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Mühazirədə xüsusi olaraq Azərbaycan xalqının Qərbi Azərbaycanda tarix boyu yaratdığı maddi-mədəni, ədəbi irs, mədəniyyət nümunələri, ədəbi prosesin inkişaf xüsusiyyətləri barədə tələbələrə daha ətraflı məlumat verilib. Mehman Həsənli onu da qeyd edib ki, erməni təcavüzü nəticəsində tarixi ata-baba yurdumuz olan Qərbi Azərbaycanda yaşayan xalqımız didərgin düşdükdən sonra orada Azərbaycan xalqı tərəfindən yüz illər boyu yaradılmış maddi-mədəni irsimiz də vandalizmə məruz qalıb. Belə ki, azərbaycanlılar tərəfindən tikilmiş tarixi binalar, abidələr məhv edilib, Azərbaycan xalqının izlərinin silinməsinə cəhd göstərilib. Halbuki o torpaqların hər qarışında xalqımızın silinməz izləri vardır bunun ən bariz nümunəsi isə bizə məxsus yer adlarının, toponimlərin hələ də öz varlığını qoruyub saxlamasıdır. Qərbi Azərbaycandan köçkün düşmüş soydaşlarımız dünyanın müxtəlif ölkələrində yaşamaqdadırlar və onlar öz tarixi ata-baba yurdlarından uzaq düşsələr də bu gün də hər zaman öz tarixi torpaqlarına dönəcəkləri günü gözləyirlər.
 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR