Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının açılış mərasimi keçirilib

24-05-2024 [ 15:12 ] [ oxunub:231 ]
printerA+ | A-
104588

Festivalı giriş sözü ilə açan Xalq yazıçısı və Yazıçılar Birliyinin rəhbəri Anar Rzayev kitabın həyatımızdakı əhəmiyyətindən danışıb. O, bildirib ki, festivalın təşkilində məqsəd gənc nəsli və uşaqları ölkəmizdə son illərdə nəşr olunan müvafiq ədəbiyyatla tanış etmək, onların mütaliəyə marağını artırmaqdır.

AMEA-nın prezidenti İsa Həbibbəyli isə bugünkü festivalın ərazilərimizin tam bütövlüyü şəraitində keçirildiyini tarixi hadisə adlandırıb. O, festivalın əhəmiyyətini xüsusi vurğulayaraq, bunun ədəbiyyatımıza böyük töhfə verəcəyini qeyd edib. 

Akademik Nizami Cəfərov isə çıxışında Prezidentin “Bizim türklərdən başqa ailəmiz yoxdur” fikirlərini xatırladıb. O, deyib ki, Türk ədəbiyyatında böyük şəxsiyyətlər və adlı sanlı yazarlarımız yetişib. 

Qeyd edək ki, festival Bizim.Media-nın rəsmi informasiya dəstəyi, o cümlədən Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Yunus Əmrə İnstitutu və digər qurumların təşkilatı dəstəyi ilə ayın 31-dək davam edəcək. 

AMEA-nın parkında (Hüseyn Cavid prospekti) səkkiz gün davam edəcək festivalın hər günü bir ölkəyə – Azərbaycan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinə həsr olunacaq.
Məlumat üçün onu bildirək ki, festivalda türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, konsert proqramları ilə yanaşı, görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlər də təşkil olunacaq. Eyni zamanda müxtəlif nəşriyyatların yeni nəşrləri və tətbiqi sənət üzrə əl işlərindən ibarət sərgisi də təqdim ediləcək.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR