Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır

22-05-2024 [ 12:17 ] [ oxunub:272 ]
printerA+ | A-
104582

Beynəlaxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçiriləcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır

PROQRAM

Festival 24-31 may tarixində Elmlər Akademiyasının parkında təşkil ediləcək.

Bu dəfə 8 gün keçiriləcək festivalın hər günü bir ölkəyə - Qırğızıstan, Özbəkistan, Macarıstan, Qazaxıstan, Azərbaycan, Türkiyə, Türkmənistan və Şimali Kipr Türk Respublikasına həsr edilib.

Layihə rəhbəri, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza festivalın zəngin proqramı haqqında danışıb: “Türksoylu ölkələrdən tanınmış alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festivalda şeir saatları, müzakirələr, kitab təqdimatları, elmi konfranslar, konsret proqramları ilə yanaşı görkəmli ədbilərin yubileyləri də qeyd ediləcək.”

Bununla yanaşı festivalda müxtəlif nəşriyyatların yeni nəşrləri və əl işləri təqdim ediləcək.

Xəyal Rza bildirib ki, festivalın təntənəli açılış mərasimi 24 may, saat 11-də baş tutacaq və hər kəs dəvətlidir.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group, Mədəniyyət kanalı və Bizim Medianın təşkilati dəstəyi ilə həyata keçiriləcək.

SİZƏ MARAQLI OLA BİLƏR