Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Polyak alimi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub

22-05-2024 [ 10:58 ] [ oxunub:174 ]
printerA+ | A-
104581

Polyak alimi Kochanovski Marek Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub. Tədbiri giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, eyni zamanda Erasmus+ proqramının koordinatoru filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva  Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik İsa Həbibbəylinin Polşa-Azərbaycan ədəbi əlaqələrinə verdiyi dəyərdən bəhs etmiş, daha sonra isə əməkdaş-tələbə mübadiləsi çərçivəsində Polşanın Bialystok Universitetində təhsil alacaq doktorantları professorla tanış etmişdir.

Polyak alimi, professor Kochanovski Marekin Polyak ədəbiyyatında və mədəniyyətində modernizm mövzusunda məruzəsi dinlənilmişdir. Tədbirdə Dünya Ədəbiyyatı və komporativistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, Ədəbiyyat İnstitutu üzrə Erasmus+ proqramının qalibi sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da iştirak edərək layihənin əhəmiyyətindən bəhs ediblər. Mühazirə institutun əməkdaşları, doktorant və dissertantları tərəfindən maraqla qarşılanıb.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR