Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycan dramaturgiyasının kamil tədqiqatçılarından olan filologiya üzrə fəlsəfə doktoru Arif Səfiyev dünyasını dəyişib

12-04-2024 [ 16:09 ] [ oxunub:504 ]
printerA+ | A-
104442


Azərbaycan dramaturgiyasının kamil tədqiqatçılarından olan filologiya üzrə fəlsəfə doktoru Arif Səfiyev dünyasını dəyişib.
Arif Məhərrəm oğlu Səfiyev 6 may 1934-cü ildə Füzuli şəhərində anadan olub. Şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsinə qəbul olub. 1958-ci ildə universiteti tamamlayıb. Əmək fəaliyyətinə "Avtomobil nəqliyyatçısı" qəzeti redaksiyasında ədəbi işçi kimi başlayıb. 1961-ci ilədək redaksiyada çalışıb. Sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. 1964-cü ildə Aspiranturanı tamamladıqdan sonra İnstitutda elmi işçi kimi qalıb. 1969-cu ildən 1973-cü ilədək elmi katib vəzifəsində işləyib. 1973-cü ildən 1990-cı ilədək İnstitutda baş elmi işçi kimi fəaliyyət göstərib. Daha sonra bir müddət İnstitutun elmi katibi vəzifəsində çalışıb. Arif müəllim "Sabit Rəhmanın komediyaları" mövzusunda tədqiqat aparmış, filologiya elmlər namizədi elmi adını alıb.
Arif Səfiyev konkret elmi tədqiqat obyekti, təhlil predmeti olan alim olub. Onun məqalə və kitablarının baş mövzusu XX əsr Azərbaycan dramaturgiyasının müasirlik keyfiyyəti, janr, üslub özünəməxsusluğu, ədəbi-tarixi prosesdəki yeri, inkişaf problemləri, bu dramaturgiyanı yaradan yazıçıların bədii sənətkarlığı olmuşdur. Alimin M.F.Axundzadə, C.Cabbarlı, M.İbrahimov, İ.Əfəndiyev və başqa dramaturqlar haqqında sanballı məqalələri var.
Dəyərli alim, görkəmli tədqiqatçı Arif Səfiyevə Allahdan rəhmət, yaxınlarına səbir diləyirik.
 

SİZƏ MARAQLI OLA BİLƏR