Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Yeni ədəbi müzakirə layihəsi başlayır - Elan

12-02-2024 [ 11:55 ] [ oxunub:17 ]
printerA+ | A-
104256

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi və “Ədəbiyyat qəzeti” birgə “Yeni ədəbiyyatı tanıdaq” adlı müzakirə layihəsinə başlayır.

15 fevral saat 12:00-da ilk müzakirəyə cəlb ediləcək əsər Orxan Həsəninin “Və dalğalandı yaddaş tarlası” (2023) romanıdır. Arzu edənlər müzakirəyə qoşula bilər.

Ünvan: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsi. 4-cü mərtəbə, 465-ci otaq.