Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Günel Əhmədova “İlin gənc alimi” mükafatı ilə təltif olunub

02-02-2024 [ 11:21 ] [ oxunub:133 ]
printerA+ | A-
104245

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisası üzrə doktorantı Günel Əhmədova Akademiyanın ictimai və elmi həyatında fərqlənəndiyinə görə “İlin gənc alimi” mükafatı ilə təltif olunub. Mükafatlandırma mərasimi AMEA Rəyasət Heyəti, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə baş tutub.

Günel Əhmədova 2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid” ixtisası üzrə doktoranturaya qəbul olmuş, həmin ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində əmək fəaliyyətinə başlamışdır. Bir kitab və 30-dan çox elmi məqalə və konfrans materialının müəllifidir. Respublikada və xaricdə bir çox elmi konfranslarda iştirak etmiş, nüfuzlu elmi jurnallarda məqalələri çap olunmuşdur. Doktorantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Tahirə Məmməddir.

Günel Əhmədova “Azərbaycan ədəbiyyatında felyeton janrının təşəkkülü və tipologiyası” adlı dissertasiya işi üzərində işləyir və yekunlaşdırmaq üzrədir. O, felyeton janrının özünəməxsusluqları, bir mətbuat janrı kimi əhəmiyyəti, Azərbaycan ədəbiyyatında felyeton janrının tipologiyası kimi məsələləri tədqiq etmiş və bir sıra elmi yeniliklər əldə etmişdir. Onun “Feuilleton in the context of journalistic and literary texts” adlı məqaləsi Web of Science bazasında olan xarici jurnalda, “Edebiyatta gülmenin önemi ve felyetonlar” adlı məqaləsi isə Index Copernicus bazasında olan xarici jurnalda çap olunub. Qazandığı elmi nailiyyətlərə görə “Azərbaycan” qəzetində onun haqqında məqalə dərc edilib.

2021-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Nizami Gəncəvi yaradıcılığı: mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda esse müsabiqəsində I yerə, 2021-ci ildə Təhsil Nazirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa, sən azadsan!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsində II yerə, 2022-ci ildə Davam Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən “Qalib Azərbaycan xalqı!” adlı esse müsabiqəsində III yerə layiq görülüb.

SİZƏ MARAQLI OLA BİLƏR