Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş elmi konfransda iştirak edib

07-12-2023 [ 18:30 ] [ oxunub:216 ]
printerA+ | A-
104045

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda respublika elmi konfransı keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Anarın yaradıcılığı, nəsrindəki çoxşaxəli istiqamətlər, əsərlərinin obrazlar sistemi barədə danışıb: “Anarın yaradıcılığı möhtəşəm azərbaycançılıq abidəsidir. Onun keçmiş mətnlərə yeni nəfəs vermək məharətini yüksək qiymətləndirirəm. Anar müəllim əvvəlki əsərlərinin motivlərinə bir daha qayıtmaqla həmin əsərləri daha da dərinləşdirir”.

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərdən bəhs edib: “Özümü çox xoşbəxt hesab edirəm ki, ölkəmizin gözəl günlərinin şahidi oldum, Qarabağın azadlığını, Şuşamızı görə bildim. Bugünkü xoşbəxtliyimizin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev bu təməllər üzərində Azərbaycanı daha qüdrətli ölkəyə çevirdi”.

Xalq yazıçısı konfransın təşkilatçılarına, çıxış edənlərə, bütün iştirakçılara təşəkkürünü bildirib: “Məzunu olduğum doğma Bakı Dövlət Universitetində yubileyimə həsr olunmuş yüksək səviyyəli elmi konfransın keçirilməsi mənim üçün çox əlamətdardır. Hesab edirəm ki, universitetin kollektivi və tələbələri ilə görüşlərimiz bundan sonra da davam edəcək”.

AzərTac

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR