Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun alimləri "Qərbi Azərbaycana qayıdışa gedən yol" adlı konqresdə iştirak ediblər

26-11-2023 [ 12:55 ] [ oxunub:385 ]
printerA+ | A-
103994

Noyabr ayının 23-24 tarixlərində Naxçıvanda ilk dəfə "Qərbi Azərbaycana qayıdış" festivalı və "Qərbi Azərbaycana qayıdışa gedən yol" adlı konqres keçirilib. "Qərbi Azərbaycana qayıdış" festivalının iştirakçısı olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri - filologiya elmləri doktorları Tahirə Məmməd, Pərvanə İsayeva və filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı -  "Qərbi Azərbaycana qayıdışa gedən yol" adlı konqresdə məruzələrlə çıxış ediblər. 

Qeyd edək ki, Qərbi Azərbaycana həsr olunan festival-konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalıların təşkilatçılığı ilə keçirilib.

 Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrinə dair kompozisiyalar, mahnılar və folklor nümunələrindən ibarət konsert proqramı, kitab sərgisi, həmçinin kulinariya və maddi-mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər də yer alıb. 

FOTO QALEREYA