Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK)Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Ədəbiyyat İnstitutunun qonağı olub

20-11-2023 [ 10:07 ] [ oxunub:229 ]
printerA+ | A-
103974


Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK)Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub. Görüşdə Ədəbiyyat İnstitutunun icraçı direktoru, fil.f.d., dos. Mehman Həsənli (Mehman Hasanli), Elektron Akademiya şöbəsinin müdiri, riy.f.d., dos. Fariz İmranov (Фариз Имранов) və şöbənin əməkdaşları, Arxeologiya, antropologiya və etnoqrafiya İnstitutunun direktoru dos. Fərhad Quliyev, Ədəbiyyat İnstitutunun əməkdaşları iştirak ediblər. Ədəbiyyat İnstitutunun icraçı direktoru, fil.f.d., dos. Mehman Həsənli türkiyəli qonağa institutun elmi nəşrləri haqqında məlumat verib, "Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının saytı ilə tanış edib. TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu ULAKBİM-in Dərgi Park elektron baza reyestrinin yaranma tarixindən və jurnalların yerləşdirilməsi üçün mövcud tələblərindən danışıb.
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının ULAKBİM sisteminə və indekslənmiş bazalara daxil edilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib.
 

FOTO QALEREYA