Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Heydər Əliyev İlinə” elmi töhfə

17-11-2023 [ 11:39 ] [ oxunub:138 ]
printerA+ | A-
103967

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun “Mətbuat tarixi və publisistika” şöbəsinin  hazırladığı “Heydər Əliyev və milli mətbuat” kitabı işıq üzü görüb.

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitab AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Heydər Əliyevin dövlətçilik siyasətində mətbuat” başlıqlı "Ön söz"lə açılır, Heydər Əliyev şəxsiyyətinin üstün keyfiyyətlərinə və onun uzaqgörən siyasəti sayəsində əldə olunan inkişafa nəzər salınır. Akademik görkəmli dövlət xadimi olan Heydər Əliyevin milli mətbuatın inkişafına verdiyi böyük dəyəri və qayğını, milli mətbuatın inkişafında rolunu yüksək dəyərləndirir, eyni zamanda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Mətbuat tarixi və publisistika şöbəsinin hazırladığı məqalələr toplusunu “Heydər Əliyev ili”nə elmi töhfə adlandırır.

Monoqrafiyada Mətbuat tarixi və publisistika şöbəsinin əməkdaşları Vüqar Əhməd, Elçin Mehrəliyev, Gülbəniz Babayeva və Gülnar Səmanın (Qasımlı) Ulu Öndər Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən elmi məqalələri toplanıb. Məqalələrdə dünya şöhrətli siyasətçi və dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin mətbuatla dövlətçilik əlaqələrinin qurulmasındakı tarixi xidmətlərindən, Heydər Əliyev siyasi kursunun ölkəyə qazandırdığı nailiyyətlərdən bəhs olunur. Ulu öndərin mətbuatın cəmiyyətin inkişafındakı əvəzsiz gücündən məharətlə istifadə etməsi, fəaliyyətinin Azərbaycançılıq ideyasının təbliğinə yönəldilməsində cəsarətli mövqe tutması maraqlı faktlarla açıqlanır. Heydər Əliyevin uzaqgörən siyasəti, Azərbaycan xalqı və milli mətbuatımızın qarşısındakı əvəzsiz xidmətləri, gərgin ictimai-siyasi fəaliyyəti haqqında zəngin təsəvvür yaradılır. Məqalələrdə Heydər Əliyevin milli mətbuatımızın müstəqil dövlətçiliyimizlə bağlılığı, mətbuatın dövlət idarəetmə sistemindəki yeri və rolu haqqında dəyərli fikirlərinin şərhi verilir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, məsul redaktorları filologiya üzrə fəlsəfə doktorları Gülbəniz Babayeva və Töhfə Talıbovadır. Kitab BDU-nun professoru Cahangir Məmmədlinin və əməkdar jurnalist Namiq Əhmədovun  rəyi ilə “Elm və təhsil” nəşriyyatında  çap olunub.

SİZƏ MARAQLI OLA BİLƏR