Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Ədəbiyyat İnstitutunun Zəfər sevinci” tədbiri keçirilib

06-11-2023 [ 14:40 ] [ oxunub:174 ]
printerA+ | A-
103923

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat İnstitutunun Zəfər sevinci” adlı tədbir keçirilib.

İnstitut əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə müəssisənin direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq təbriklərini çatdırıb.

Mehman Həsənli  vurğulayıb ki, “Azərbaycan “Heydər Əliyev İli”ndə Zəfərin növbəti sevincini yaşayır. Prezident İlham Əliyevin fəaliyyətinin 20-ci il dönümündə şanlı Azərbaycan bayrağının Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda, Ağdərədə, Sərsəngdə ucaldılması bütün Türk dünyasında qürur və sevinc doğurub. Ədəbiyyat İnstitutu da bu münasibətlə tədbirlər keçirir. Bu tədbir də əməkdaşlarımızın Zəfər sevincini əks etdirir. Əməkdaşlarımızın Zəfər günü ilə bağlı təbriklərini əks etdirən video-çarx hazırlamışıq. Bu video-çarxı institutumuzun əməkdaşı Pərvanə Kərimova hazırlayıb. Misilsiz qələbəninin sevincini bizə yaşadan qəhrəmanlarımıza təşşəkkür edirik. Qarabağın yenidən qurulması bütün şəhidlərimizin ruhuna bir ehtiramdır”.

Sonra institut əməkdaşlarının Zəfər sevincini əks etdirən video-çarx nümayiş etdirilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR