Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun alimlərinin İraqda məqaləsi çap olunub

22-09-2023 [ 15:07 ] [ oxunub:18 ]
printerA+ | A-
103683

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimlərinin İraqda məqalələri nəşr olunub. İraq Respublikasında yayımlanan “Türkmən Mədəniyyəti” (الثقافة التركمانية) rüblük populyar elmi jurnalının növbəti sayı Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilib.

Bu sayda Ədəbiyyat İnstitutunun alimlərinin də Məhəmməd Füzuliyə həsr edilmiş elmi məqalələri ərəb dilində çap olunub. Filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun “Füzulinin türkcə şeirlərində ərəb sözləri”, filologiya elmləri doktoru, dosent Ataəmi Mirzəyevin “Füzuli əl-Bağdadinin qəsidələrində Bağdad”, filologiya elmləri doktoru, dosent Mahirə Quliyevanın “Füzuli yaradıcılığında “təfriq”in yeri” adlı məqalələri jurnalın bu dəfəki nömrəsində yer alıb.