Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-nın prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli: Terror aktını şiddətlə qınayırıq

29-03-2023 [ 12:28 ] [ oxunub:108 ]
printerA+ | A-
103215

Milli Məclisin deputatı Fazil Mustafa aydın dövlətçilik mövqeyinə malik olan və dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə ürəklə xidmət edən yüksək hazırlıqlı vətənpərvər ziyalıdır. O, müstəqillik dövründə Azərbaycanda yetişib formalaşmış tanınmış ictimai xadimdir. Fazil Mustafa geniş analitik təfəkkürə malik olan, dünyada və cəmiyyətdə gedən hadisələri bütün dərinliyi ilə qavrayan və təhlil edərək obyektiv nəticələr çıxarmağı, gəldiyi qənaətləri lazımi səviyyədə ictimaiyyətə çatdırmağı bacaran əsl millət vəkilidir.

Bütün bunlara görə Fazil Mustafaya qarşı atılmış güllə müstəqilliyimizin, Azərbaycanı təmsil etmək səviyyəsində yetişmiş tanınmış ziyalıların, ictimai-siyasi xadimlərin hədəfə alınması deməkdir. Bu, ölkəmizə, inkişafımıza arxadan vurulan zərbədir. Bu, insanlığa qarşı sui-qəsd hadisəsidir. Bütün xalqımız kimi, Azərbaycanın elmi ictimaiyyəti də bu terror hadisəsini qətiyyətlə qınayır.

Heç şübhə yoxdur ki, qüdrətli Azərbaycan dövləti, yüksək hazırlığa malik hüquq-mühafizə orqanlarımız bu terror hadisəsinin icraçısını və sifarişçisini üzə çıxarıb, onlara layiq olduqları cəzanı verəcəklər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında daha da sıx birləşməklə müstəqil dövlətçiliyimizi, ictimai-siyasi sabitliyi qorumaq, ayıq-sayıq olmaq hər bir vətəndaşımızın borcudur. Müstəqilliyimiz müqəddəs və toxunulmazdır.

SİZƏ MARAQLI OLA BİLƏR