Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda Elm Günü ilə bağlı məktəblilərlə görüş keçirilib

28-03-2023 [ 10:20 ] [ oxunub:288 ]
printerA+ | A-
103200

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elm Günü ilə bağlı məktəblilərlə görüş keçirilib.

Görüşdə Bakı şəhəri Nizami rayonu 70 saylı məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı açıb. O, Akademiyada və Ədəbiyyat İnstitutunda görülən işlərlə bağlı qonaqlara məlumat verib. Şagirdlərin iştirakı ilə bu cür tədbirlərin baş tutmasının mütəmadi hal aldığını diqqətə çatdırıb.

Görüşdə Uşaq ədəbiyyatı şöbəsinin əməkdaşları Mətanət Vahid “Uşaqlara mütaliə mədəniyyətinin aşılanması” Gülnar Qəmbərli isə “Mütaliə uşaqların tərbiyə vasitəsi kimi” məruzə-diskusiya ilə çıxış ediblər.

Eyni zamanda Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, institutun Gənc Alim və Mütəxəsislər Şurasının sədri Şəfa Əliyeva, sədr müavini Orxan İsayev, şair İbrahim Yusifoğlu çıxışlarında şagirdlərin elm ocağı ilə canlı tanış olmasının əhəmiyyətindən bəhs ediblər.

Şagirdlərin fəallığı ilə seçilən görüşdə onları maraqlandıran suallar cavablandırılıb. Nizami rayonu 70 saylı məktəbin direktor müavini Könül Mollayeva çıxış edərək tədbirin təşkili üçün təşəkkür edib. Bu cür görüşlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını vurğulayıb.

Şagirdlər həmçinin, institutun kitabxanası ilə tanış olublar, onlara müxtəlif kitablar hədiyyə edilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR