Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib

16-03-2023 [ 10:29 ] [ oxunub:92 ]
printerA+ | A-
103175

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin təşkilatçılığı ilə Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimovla görüş keçirilib. Görüşdə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, institutun magistrləri və digər alimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı
açıb. Bildirib ki, bu görüş şöbənin mütəmadi keçirilən müzakirələrindən biridir. Şöbədə hazırlanan kitablardan birinin Xalq yazıçısı Süleyman
Rəhimova həsr olduğunu qeyd edib. “Süleyman Rəhimov Azərbaycan ədəbiyyatında yeganə şəxsiyyətdir ki, epopeya yaradıb. “Şamo” ilə
başlayıb, təxminən həmin əsərlə də bitirib. Bütün ömrü boyu Şamodan ayrılmayıb” – söyləyən alim, yazıçının həyatı və fəaliyyəti haqqında
ətraflı məlumat verib, haqqında aparılan tədiqatlara münasibət bildirib.

Filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov çıxışında Xalq yazıçısının ədəbiyyatımıza gətirdiyi yeniliklər, onunla bağlı maraqlı
xatirələr haqqında danışıb. Qeyd edib ki, “Süleyman Rəhimov milli adam olub, bütövlükdə özünü Azərbaycana həsr edib. Gənclərə yaxından
kömək edib. Nəsrin bütün janrlarında yazıb. Sovet dövrü ədəbiyyatında yeganə epopeyanı o yaradıb. “Şamo” romanında yaradılan 879 obrazın heç biri bir-birinə bənzəmir. Bu əsər dünyanın 60 dilində çap olunub, rus dilində 12 dəfə nəşr edilib”.

Tədbirdə filologiya elmləri doktorları, professorlar Qəzənfər Paşayev, İsmayıl Məmmədli də çıxış edərək Süleyman Rəhimov haqqında maraqlı faktlar səsləndiriblər. Sonda Xalq yazıçısı Süleyman Rəhimovun oğlu Aqil Rəhimov çıxış edərək tədbirin təşkili üçün təşəkkürlərini çatdırıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

FOTO QALEREYA