Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Gənc alim “Çağdaş Azərbaycan gəncliyi üçün Heydər Əliyev fenomeni” adlı tədbirdə iştirak edib

01-02-2023 [ 14:54 ] [ oxunub:51 ]
printerA+ | A-
103068

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci ildə imzaladığı 2023-cü ilin ölkədə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq respublikanın aparıcı muzeylərindən olan Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Heydər Əliyev və Azərbaycan” adlı layihəyə start vermişdir. Layihə çərçivəsində keçirilən ilk tədbirdə “Çağdaş Azərbaycan gəncliyi üçün Heydər Əliyev fenomeni” adlı dəyirmi masa təşkil edilib.

Tədbirdə Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva “Müasir Azərbaycan gəncliyinin inkişafında Heydər Əliyev fenomeni” adlı məruzə ilə çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin dövlət və gənclər siyasəti, ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Sonda məruzəçilər tədbirin təşkili və dəvət üçün muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Sevinc Mikayılovaya təşəkkür edərək xatirə şəkilləri çəkdiriblər.

FOTO QALEREYA