Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun Arxiv şöbəsinə yeni müdir təyin olunub

28-09-2022 [ 15:33 ] [ oxunub:213 ]
A+ | A-

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Arxiv şöbəsinə yeni müdir təyin olunub. Həmin vəzifə İnstitutun əməkdaşı Elnarə Əzizovaya həvalə olunub.

Əzizova Elnarə Cabir qızı 1975-ci ildə Lənkəran şəhərində anadan olub. 1982-1992-ci illər Lənkəran şəhər 3 saylı orta məktəbində təhsil alıb.  1993-1997-ci illərdə LDU-nun Filologiya fakültəsində oxuyub. 1997 - 2000-ci illərdə Lənkəran şəhər 2 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.

Elnarə Əzizova 2004-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ümumi şöbəsində böyük laborant vəzifəsində (elmi katibin köməkçisi statusunda) işə başlayıb. 2010-cu ildə öz ərizəsinə əsasən Elmi İrsin Toplanması və Sistemləşdirilməsi şöbəsinə keçirilib. Burada işlədiyi müddət ərzində verilən tapşırıqları vaxtında, səliqə-səhmanla yerinə yetirdiyinə və arxiv fondunun elektron versiyasının hazırlan­ma­sı kimi məsuliyyətli işi lazımi səviyyədə icra etdiyinə görə  2015-ci ildə baş mütəxəssis vəzifəsinə keçirilib.

2022-ci il sentyabr ayının 16-dan Arxiv şöbəsinin müdiri vəzifəsini icra edir.

SİZƏ MARAQLI OLA BİLƏR