Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal dünyasını dəyişib

27-09-2022 [ 12:54 ] [ oxunub:156 ]
A+ | A-

Özbəkistan Yazıçılar Birliyinin sədri, xalq şairi Siracəddin Səidə (Başsağlığı)

Hörmətli xalq şairi Siracəddin Səid

Özbəkistanın xalq şairi Camal Kamalın vəfatı xəbərini Azərbaycan alimləri və yazıçıları dərin kədər hissi ilə qarşılayır.

Xalq şairi Camal Kamal Özbəkistanda yeni epoxanın ədəbiyyatının qüdrətli yaradıcılarından biri idi.

Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişaf etdirilib möhkəmləndirilməsində xalq şairi Camal Kamalın böyük xidmətləri vardır. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin ölməz “Xəmsə”sinin Camal Kamal tərəfindən özbək dilinə tərcümə olunması və özbəkcə nəşr edilməsi xalqlarımız və ölkələrimiz arasındakı əlaqələrin mühüm ədəbi-tarixi hadisəsidir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda xalq şairi Camal Kamalın iştirakı ilə onun 80 illik yubileyini keçirməyimiz bu böyük sənətkara Azərbaycan xalqının böyük ehtiramının ifadəsi idi.

Özbəkistanın xalq şairi Camal Kamalın dünyasını dəyişməsi bütün türk dünyası və Azərbaycan elmi-ədəbi ictimayiyyəti üçün ağır itkidir.

Azərbaycanın elmi ictimaiyyəti adından başsağlığımızı qəbul etməyinizi xahiş edirəm.

Allah rəhmət eləsin.

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

akademik

 

 

SİZƏ MARAQLI OLA BİLƏR