Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Elmi katib

Aygün Ağabağır qızı Bağırova

17-05-2018 [ 14:05 ] [ oxunub:583 ]
printer A+ | A-
81305

Təvəllüdü:1977-ci ildə anadan olmuşdur.

Təhsili: 1997-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavratura, 1999-cu ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur.

Namizədlik dissertasiyasının mövzusu: 2011-ci ildə “Səməd Vurğunun nəzəri estetik görüşlərində klassik irs problemi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. 2016-cı ildən dosentdir.

Elmi fəaliyyəti: f.e.d., professor Şirindil Alışanlı ilə birlikdə AMEA-nın müxbir üzvü Yaşar Qarayevin “Seçilmiş əsərləri” nin 5 cildliyini, həmçinin “Yaşar Qarayev: yaxından və uzaqdan” məqalələr, xatirələr toplusunu tərtib etmişdir.

70-dən çox elmi-publisistik məqalənin və bir monoqrafiyanın müəllifidir, respublika və beynəlxalq miqyaslı elmi konfranslarda iştirak etmişdir.

2014-cü ildə Dünya Gənc Alimlərinin Bakı Forumunda, 2015-ci ildə Avropa Gənc Alimlərinin Beynəlxalq Forumunda məruzələrlə çıxış etmişdir.

Mükafatları:

2011-ci ildə Vurğunşünaslığın inkişafındakı xidmətlərinə görə “Səməd Vurğun”

2014-cü ildə ədəbiyyatşünaslıqdakı nailiyyətlərinə görə Ədəbiyyat İnstitutunda “İlin gənc alimi”

2015-ci ildə AMEA Humanitar Elmlər Bölməsinin “Fəxri Fərmanı”