Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Fidan Abdurəhmanova. Yuxulu mələklər

03-06-2024 [ 14:31 ] [ oxunub:162 ]
printerA+ | A-
104626

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın zəlzələdə həlak olan uşaqların xatirəsinə ithaf etdiyi “Yuxulu mələklər” adlı hekayələr kitabı işıq üzü görüb.

Kitabın naşiri və redaktoru Qəşəm İsabəylidir. “Könül coğrafiyamızın ortaq duyğusu ilə qələmə alınmış hekayələr” sərlövhəli Ön söz “Uşaq və
Gənclik Ədəbiyyatı Yazarları Birliyi”nin qurucusu və başqanı Bican Veysəl Yıldıza məxsusdur. Redaktoru isə Ağdam rayonu, 1 saylı orta məktəbin müəllimi Aslanova Könül Məhərrəm qızıdır.
36 səhifəlik kitab “Şirvannəşr” nəşriyyatında çap olunub. “Yerdən göyə qalxan günəş”, “Möcüzə”, “Göy üzündə”, “Artıq uşaq” və “Bir ovuc saç”
başlıqlı hekayələrdə zəlzələdə faciə yaşamış uşaqların obrazları yaradılıb.

SİZƏ MARAQLI OLA BİLƏR