Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Mənzər Niyarlının hekayələr kitabı Türkiyədə işıq üzü görüb

29-05-2024 [ 12:33 ] [ oxunub:125 ]
printerA+ | A-
104603

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Mənzər Niyarlının növbəti kitabı Türkiyədə işıq üzü görüb. “Düyün gününün sabahı” adlanan kitab Ankrada “BENGÜ” yayınlarında çap edilib. Hekayələr toplusu olan nəşrin tərtibçisi və Ön sözün müəllifi Zeynep Yıldırımdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Mənzər Niyarlının bu kitabında on səkkiz hekayəsi yer alıb. 262 səhifəlik kitabdakı hekayələr müxtəlif mövzuları əhatə edir.

SİZƏ MARAQLI OLA BİLƏR