İlhamə Muxtar qızı Ağazadə. Uşaq ədəbiyyatında azərbaycançılıq və milli özünüdərk. Monoqrafiya. Bakı: ADPU, 2024, 186 səh.
Monoqrafiya AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli iclasının qərarı ilə (Protokol № 6) nəşr olunur.
Monoqrafiyada ilk dəfə olaraq milli ideologiyaya kimi azərbaycançılığın uşaq ədəbiyyatında təzahüründən bəhs edilir. Dövlətin əsas məfkurəsinin tədqiqi uşaq və gənclər üçün uyğun olan şifahi xalq ədəbiyyatı nümunələri və görkəmli yazarların bu istiqamətdə mövcud əsərlərinin təhlili əsasında ifadəsini tapmışdır.
Monoqrafiya uşaq ədəbiyyatını tədqiq edən alimlər, tələbələr və həvəskar oxucular üçün nəzərdə tutulub.