Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Akademik Kamal Talıbzadə ("Sənətkarın elmi pasportu - 42")

18-10-2023 [ 14:45 ] [ oxunub:570 ]
printerA+ | A-
103831

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Akademik Kamal Talıbzadə” kitabı çap edilib. Kitab “Sənətkarın elmi pasportu - 42” seriyasına uyğun olaraq hazırlanıb. Akademik Kamal Talıbzadənin anadan olmasının 100 illiyinə həsr edilən nəşr Ədəbiyyat İnstitutunun Elmi şurasının 1 iyun 2023-cü il tarixli qərarı ilə işıq üzü görüb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Ədəbi-tənqidi fikrin patriarxı” başlıqlı “Ön söz”ündə görkəmli Azərbaycan tənqidçisi, akademik Kamal Talıbzadənin zəngin yaradıcılığını yüksək qiymətləndirib.

Kitabın tərtibçisi Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadədir.

Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin əməkdaşlarının hazırladığı kitabda akademik Kamal Talıbzadənin həyat və sənət yolundan bəhs olunur. Kitabda yubilyarın ömür yoluna aid müxtəlif fotolar da yer alıb.

“Elm və təhsil” nəşriyyatında çap edilən kitab 288 səhifədir. Nəşrin məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

SİZƏ MARAQLI OLA BİLƏR