Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Akademik İsa Həbibbəyli. "Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə

04-05-2023 [ 09:26 ] [ oxunub:168 ]
printerA+ | A-
103323

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə” kitabı Akademiyanın “Elm” nəşriyyatında çapdan çıxıb.

Kitabda ilk növbədə XX əsrin ortalarında “Kitabi–Dədə Qorqud” eposuna Azərbaycan sovet rəhbərliyinin tətbiq etdiyi qadağaların səbəbləri və nəticələri açılıb göstərilmişdir. Azərbaycan K(b) P-nın 24 may 1951-ci il tarixdə keçirilmiş XVIII Qurultayında “Dədə Qorqud” eposunun “Azərbaycan xalqına zidd və zərərli” əsər kimi damğalanması, ədəbi abidənin nasirləri və tədqiqatçılarının cəzalandırılması sənədlər və materiallar əsasında tədqiq edilib şərh olunmuşdur. Bu zəmində akademik İsa Həbibbəyli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” eposunun dünyada təbliğ edilməsində və xalqımıza yenidən çatdırılmasındakı böyük rolu haqqında təhlillər və müqayisələr aparmaqla dahi şəxsiyyətin xidmətlərinin elmi mahiyyətini açıqlamışdır. Kitabda dövlət səviyyəsində və beynəlxalq miqyasda elmi-mədəni tədbirlərin keçirildiyi və epos haqqında mühüm problemlərə həsr edilmiş çoxsaylı monoqrafik tədqiqatların və məqalələrin nəşr olunub ictimaiyyətə çatdırılması nəzərə alınmaqla Heydər Əliyev epoxası Azərbaycan qorqudşünaslığının intibah dövrü kimi səciyyələndirilmişdir. Müəllifin Heydər Əliyev irsindən seçib oxuculara çatdırdığı aşağıdakı sözlər Qorqudşünaslıq elmi üçün epiqraf ola bilər: “Kitabi–Dədə Qorqud”dastanı bütün türk dünyasına məxsusdur, onun Vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

Akademik İsa Həbibbəylinin “Kitabi–Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə” kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamları əsasında dövlət səviyyəsində keçirilmiş tədbirlərin əhəmiyyəti elmi-ədəbi cəhətdən dəyərləndirilmişdir. Müəllif eyni zamanda Prezident İlham Əliyevin “Kitabi–Dədə Qorqud” haqqındakı qiymətli fikirlərini də sistemli şəkildə elmi-ədəbi mühitin diqqətinə çatdırmışdır. Beləliklə, “Kitabi–Dədə Qorqud” dastanlarının tədqiqi və təbliği ilə bağlı olan İlham Əliyev dövrü yeni inkişaf mərhələsi adlandırılmışdır.

“Kitabi–Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə” kitabında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu möhtəşəm ədəbi abidə haqqında imzaladıqları fərmanlar və sərəncamlar, habelə ölkə rəhbərləri tərəfindən müxtəlif vaxtlarda edilmiş nitqlərin və çıxışların mətnləri oxuculara təqdim olunur. Kitabdakı rəsmi sənədlər və dövri mətbuat materialları filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı tərəfindən toplanılıb tərtib edilmişdir.

“Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə” kitabının məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

Kitab ilk növbədə tədqiqatçılar və ümumiyyətlə isə geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

SİZƏ MARAQLI OLA BİLƏR