Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

“Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı Heydər Əliyevdən – İlham Əliyevə” kitabı işıq üzü görüb

03-05-2023 [ 12:08 ] [ oxunub:271 ]
printerA+ | A-
103319

        Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı Heydər Əliyevdən – İlham Əliyevə” monoqrafiyası nəşr edilib. Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə ithaf olunan nəşr İnstitut Elmi Şurasının 8 fevral 2023-cü il tarixli, 1 saylı qərarı ilə çap olunub.

        Kitabda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bədii ədəbiyyatda parlaq obrazının yaradılması, müstəqil dövlətçilik ideallarının tərənnümü məsələlərindən bəhs olunur.

Monoqrafiyanın ideya müəllifi və elmi məsləhətçisi akademik İsa Həbibbəylidir. Kitabda ilk araşdırma akademik İsa Həbibbəylinin “Böyük ədəbiyyat siyasəti və möhtəşəm bədii obraz” tədqiqatıdır. Elmi redaktor AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, məsul redaktor filologiya elmləri doktoru Elnarə Akimovadır.

        Kitabda yer alan yazılar AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlunun “Heydər Əliyevin tarixi obrazı və ədəbiyyat”, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənovanın “Beynəlmiləl məfkurədən milli ideyaya doğru: müasir nəsrdə Heydər Əliyev obrazı (bədii-sənədli nəsr və publisistika)”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlının “Uşaq ədəbiyyatında və dramaturgiyada Heydər Əliyevin bədii obrazı”, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Vətən və dövlət məfkurəsinin intibahı: Heydər Əliyevdən – İlham Əliyevə” məqalələridir.

460 səhifədən ibarət olan monoqrafiya “Elm” nəşriyyatında işıq üzü görüb.

SİZƏ MARAQLI OLA BİLƏR