Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Şahbaz Şamıoğlu. "Azər­baycan mühacirət irsi: nəsr və ədəbiy­yatşünaslıq"

25-04-2023 [ 13:01 ] [ oxunub:528 ]
printerA+ | A-
103301

Nizami Gəncəvi adına Ədəbiy­yat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun (Musayevin) yeni işıq üzü görmüş "Azər­baycan mühacirət irsi: nəsr və ədəbiy­yatşünaslıq" monoqrafiyası (Bakı: Elm və təhsil, 2023, 332 s. ) bir neçə illik araşdırmaların nəticəsidir. Akademiya­nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Nik­pur Cabbarlı, rəyçiləri filologiya elmləri doktoru Abid Tahirli və filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir. "Giriş"dən, "Azərbaycan mühacirət nəsri: təşəkkülü, inkişaf istiqamətləri", "Azərbaycan mü­hacirət ədəbiyyatşünaslığı" adlı fəsillər­dən və "Nəticə"dən ibarət monoqrafiya ədəbi-elmi ictimaiyyət, ali məktəblərin tələbələri və magistrlər, habelə mövzuya maraq göstərən oxucu auditoriyası üçün nəzərdə tutulub. Ş.Şamıoğlu mühacirət irsinin ideya, mövzu, mündəricə, dil, üslub, sənətkarlıq nöqteyi-nəzərindən, mücahidlərin çətin, lakin şərəfli həyat yolunun öyrənmək baxımından aktual və əhəmiyyətli olduğunu ciddi arqumentlərlə əsaslandırır. Müasir ədəbiyyatşünaslığın tələbləri səviyyəsində hazırlanmış mo­noqrafiya mühacirətşünaslığa yeni töhfə­dir. 

SİZƏ MARAQLI OLA BİLƏR