Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Vüqar Əhməd. Hayrettin Hoca

22-11-2022 [ 14:05 ] [ oxunub:91 ]
printerA+ | A-
102892

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Hayrettin Hoca” monoqrafiyası nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. “Ön söz”ün müəllifi Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, redaktoru böyük elmi işçi Dilbər Rzayevadır. Rəyçiləri professor, şair Elçin İsgəndərzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent  Gülbəniz Babayeva və şair, tədqiqatçı Qardaş Əlişoğludur.

Türk Dünyasının şöhrətli alimi, akademik Hayrettin İvginin yaradıcılığı çoxşaxəlidir. O həm folklorşünas alim, araşdırmaçı, ədəbiyyatşünas, həm də tarixçi-etnoqrafdır. Əgər onun yazdığı lirik şeirləri ayrıca bir poetik məziyyət hesab etsək, Hayrettin bəyin yaradıcılığının ümumi mənzərəsini tamamilə əhatə etməkdən ötrü, bəlkə də, onlarla kitab yazmaq lazım gələr. Bu səbəbdən də müəllif onun yaradıcılığı ilə sadəcə yığcam şəkildə oxucuları tanış etmək istəyib. Professor Hayrettin İvginin dəst-xəttinin nə qədər gerçək olduğunu təsdiqləməkdən ötrü Vüqar Əhməd bu monoqrafiyada bir sıra tədqiqatçıların, elm adamlarının kitablarından, məqalələrindən, yazılarından faydalanaraq, eyni zamanda arxiv sənədlərinə istinadən öz araşdırmalarını və fikirlərini ümumiləşdirərək bu əsəri meydana gətirib.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Monoqrafiyadan türk filologiyası ilə məşğul olan bakalavr, magistrant, doktorant, eləcə də tədqiqatçı alimlər faydalana bilər.

SİZƏ MARAQLI OLA BİLƏR