Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

“Gözlərəm yeni, aydın sabahı” - Bəkir Çobanzadəyə həsr olunmuş konfrans

18-12-2023 [ 09:23 ] [ oxunub:637 ]
printerA+ | A-

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Bəkir Çobanzadənin 130 illik yubileyinə həsr olunmuş “Gözlərəm yeni, aydın sabahı” adlı beynəlxalq elmi konfrans keçirilib.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli türkoloq Bəkir Çobanzadənin Azərbaycanda elmi-mədəni və ictimai fikrin formalaşmasında müstəsna xidmətlərindən, çoxşaxəli elmi irsindən, dilimizin və ədəbiyyatımızın tədqiqinə həsr olunmuş əsərlərindən, türkçülük ideyalarının inkişaf etdirilməsi uğrunda mübarizəsindən söz açıb. O, Bəkir Çobanzadənin həyatı və elmi yaradıcılığına dair Türk dünyasında, o cümlədən Azərbaycanda çoxsaylı tədqiqatlar aparıldığını, haqqında sənədli filmlər çəkildiyini qeyd edib.

Tədbirdə Bəkir Çobanzadə irsinin tədqiqatçısı, professor İsmayıl Kərimov “Bəkir Çobanzadənin həyatına dair bəlli olmayan faktlar” mövzusunda məruzə edib. Professor 1937-ci ilin hadisələrindən yaxa qurtara bilməyən, ittiham olunan Bəkir Çobanzadənin repressiya həyatında baş verən önəmli hadisələr haqqında məlumat verib, alimin faciə dolu həyatının bu gün də diqqət mərkəzində olduğunu bildirib.

Konfransda Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev, Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək Bəkir Çobanzadəni Azərbaycanda dilçilik elminin, o cümlədən Azərbaycan türkologiyasının yeni inkişaf mərhələsinin əsasını qoyan, dilçiliyinin müxtəlif istiqamətləri üzrə fundamental əsərlər yazan, türk xalqlarının mədəni inqilabının dərinləşməsinə töhfə verən ustad kimi qiymətləndiriblər. Çıxışlarda alimin təkcə elmi deyil, həm də bədii fəaliyyəti ilə tariximizdə müstəsna rol oynadığı, böyük mütəfəkkirin zəngin irsinin gələcək nəsillərə aşılanmasının vacibliyi vurğulanıb.

Beynəlxalq elmi konfransda görkəmli alimin həyat və fəaliyyəti haqqında müəllifi və ssenaristi yazıçı-jurnalist Zera Bəkirova olan “Bir izin verin yurduma qayıdım” filmi nümayiş etdirilib.

https://azertag.az

SİZƏ MARAQLI OLA BİLƏR