Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Mehman Həsənli Beynəlxalq Aytmatov Akademiyasının fəxri üzvü seçilib

23-10-2024 [ 10:04 ] [ oxunub:367 ]
printerA+ | A-
104960

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrədirektor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki seçilib.

Bu barədə qərar Beynəlxalq Aytmatov Akademiyasının Rəyasət Heyətinin 15 avqust 2024-cü il tarixli iclasında verilib. Akademiyanın prezidenti, akademik Abdıldajan Akmataliyev fəxri mükafatı Mehman Həsənliyə təqdim edib.
Qeyd edək ki, fil.f.d., dos. Mehman Həsənli Çingiz Aytmatov haqqında fəlsəfə doktorluğu işi (2017) müdafiə edib. Dünyanın ən müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi konfranslara dəvət alıb və məruzələrlə çıxış edib.
Məqalələri yerli və xarici jurnallarda dərc edilib. Müəllifin "Çingiz Aytmatov fenomeni və Azərbaycan" monoqrafiyası Azərbaycanda (2020) və Türkiyədə (2023) nəşr olunub.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR