Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutu Beynəlxalq kitab sərgisində mükafatlandırılıb

09-10-2024 [ 07:27 ] [ oxunub:485 ]
printerA+ | A-
104898

Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq kitab sərgisi yekunlaşıb. Bir həftə davam edən kitab sərgisinin bağlanış mərasimində müxtəlif nominasiyalar üzrə təltiflər təqdim edilib. AMEA NizamiиGəncəvi adına Ədəbiyyat İnstitutu sərginin “Ən yaxşı kitab” nominasiyası üzrə qalib olub. İnstitutun nəşr etdiyi “Füzuli kitabxanası” seriyası 10-cu Beynəlxalq Bakı kitab sərgisinin “Ən yaxşı kitab”ı seçilib.
Xatırladaq ki, “Füzuli kitabxanası” seriyası Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin baş redaktorluğu, tanınmış füzulişünas alim, filologiya elmləri doktoru Ataəmi Mirzəyevin məsul redaktorluğu ilə yaradılıb. “Füzuli kitabxanası” seriyasından Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”, Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli”, Məmməd Cəfər Cəfərovun “Füzuli düşünür”, AtaəmiMirzəyevin “Füzulinin “Tərcümeyi-hədisi-ərbəin” əsəri”, Stanislava Plyaskovitska-
Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli”, Aynur Mahmudun “Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər)”, Sevinc Ağayevanın “Məhəmməd Füzulinin anadilli divanının leksik tərkibi: Azərbaycan mənşəli arxaizmlər” və Mehriban Mövlamovanın “Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli obrazı” kitabları nəşr olunub.

SİZƏ MARAQLI OLA BİLƏR