Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyatşünaslarımız Çin azəbaycanşünaslıq beynəlxalq elmi konfransında iştirak edib

29-09-2024 [ 19:19 ] [ oxunub:246 ]
printerA+ | A-
104856

Pekində “İpək yolu ruhuyla Çin-Azərbaycan münasibətlərini möhkəmləndir” devizi ilə 1-ci Çin azəbaycanşünaslıq beynəlxalq elmi konfransı keçirilib.

Pekin Xarici Dillər Universitetinin (PXDU) təşkilatçılığı və ev sahibliyi ilə keçirilən tədbirin məqsədi Azərbaycanın qədim tarixi, dili və mədəniyyətinin Çində elmi yolla tanıdılmasına töhfə vermək, iki xalq arasında mədəni əlaqələri dərindən araşdırmaq, iqtisadi əlaqələrin mövcud potensialını elmi yolla dəyərləndirmək, Çində azərbaycanşünaslıq elminin inkişafına təkan verməkdir.

Açılış mərasimində çıxış edən Pekin Xarici Dillər Universitetinin prorektoru Gao Qanq konfransın iki ölkə arasında akademik mübadiləni təşviq etmək, “Bir kəmər, bir yol” əməkdaşlığını birgə irəlilətmək baxımından olduqca böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Gao Qanq Çində azərbaycanşünaslıq elminin ömrünün İpək yolu kimi davamlı və uzun olacağına ümidvar olduğunu söyləyib.

Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov iki ölkə arasında münasibətlərin tarixindən və hazırkı vəziyyətindən danışıb, konfransın Azərbaycan ilə Çinin elmi-mədəni dairələrinin daha da yaxınlaşmasına önəmli töhfə verəcəyinə əminliyini bildirib. O, Azərbaycan mədəniyyətinin Çində, Çin mədəniyyətinin isə Azərbaycanda təbliğinə yönəlmiş çoxsaylı tədbirlərin xalqların bir-birinə daha da yaxınlaşması üçün zəmin yaratdığını, Azərbaycanda Konfutsi institutlarının fəaliyyəti də daxil olmaqla Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, PXDU-da Azərbaycan dilinin ixtisas kimi tədrisi, Azərbaycan dili kafedrasının azərbaycanşünaslıqla bağlı çoxsaylı araşdırmalar aparması və elmi tədbirlərin təşkili sayəsində Çində azərbaycanşünaslıq müstəqil bir tədqiqat istiqaməti kimi formalaşmağa başlayıb.

Konfransda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli "Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası və tətbiqi"  mövzusunda, filologiya elmləri doktoru Salidə Şərifova  "Azərbaycan ədəbiyyatında roman janrının əmələ gəlməsi"  mözusunda məruzələrlə çıxışlar ediblər.

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR