Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Ədəbiyyat adamı” mükafatı - təqdim olunub

06-05-2024 [ 09:53 ] [ oxunub:29 ]
printerA+ | A-
104542

Azərbaycan Dillər Universitetində Yaradıcılıq Fondunun dəstəyilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırılması və Yaradıcılıq fakültəsinin məzunlarına diplomların təltif olunması mərasimi keçirilib.  

Mərasimdə çıxış edən Xalq yazıçısı, akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib: “Bildiyimiz kimi, may ayı Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlamətdardır. Biz də fondumuz adından qərara gəldik ki, bu özəl gün münasibətilə ədəbiyyatçılarımız, ziyalılarımız üçün bir mükafat təsis edək və onu hər ilin may ayında təqdim edək. Artıq mükafatı beşinci ildir ki, təqdim edirik. Bəs niyə ədəbiyyat adamı? Fikrimcə, bu ad çox iddiasız, mütəvazi addır. Bizim aləmimizdə ədəbiyyat adamı sakitcə ədəbi fəaliyyətlə məşğul olan, zəhmətkeşliyi, peşəkarlığı əsas prinsip seçən, ədəbiyyatı həyat kimi, həyat tərzi kimi yaşayan, “ədəbi yaxşılıqlar edən”, ədəbiyyatın dostu olan şəxsdi. Biz bu gün Yaradıcılıq fakültəsinin dinləyicilərini də uğurlayırıq. Onlar bu gün diplomlarını alacaqlar. İnanıram ki, aldıqları təhsilin izlərini, rayihəsini onların gələcək yaradıcılıqlarında hiss edəcəyik. İnanıram ki, onlar həmişə ədəbiyyatın yanında, mətnin yanında olacaqlar. Sevinirəm ki, bizim məzunların içində artıq imzası tanınanlar var. ”.

Sonra “Ədəbiyyat adamı” mükafatına layiq görülənlər  –  Ramiz Rövşən, Həmid Herisçi, Rüstəm Behrudi, Aqşin Yenisey, Azər Turan, Aydın Talıbzadə, Nərgiz Cabbarlı, Ulucay Akif, Etimad Başkeçid, Varis təltif olunublar.

Qaliblər çıxış edərək “Ədəbiyyat adamı” mükafatına layiq görüldükləri üçün təşəkkür ediblər.

Daha sonra tədbirdə iştirak edən Ramiz Rövşən, Azər Turan, Fəxri Uğurlu, Həmid Herisçi, Elnarə Akimova, Aydın Talıbzadə, Ulucay Akif, Varis çıxış edərək ədəbiyyat və sənətlə bağlı təəssüratların bölüşüb, “Ədəbiyyat adamı” mükafatının ədəbiyyat adına böyük diqqət və stimul olduğunu qeyd ediblər.

Qeyd edək ki, “Ədəbiyyat adamı” layihəsi çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxsaylı tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub.

SİZƏ MARAQLI OLA BİLƏR