Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

IX Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın “Vətən müharibəsi – Böyük qayıdış” mövzusunda nəşrlərinin təqdimatı olub

15-11-2023 [ 12:08 ] [ oxunub:16 ]
printerA+ | A-
103951

Bakı Ekspo Mərkəzində keçirilən IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının “Vətən müharibəsi - Böyük qayıdış” mövzusunda nəşrlərinin təqdimatı olub.

Təqdimatda çıxış edən AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, AMEA institutları ölkəmizin Prezidenti cənab İlham Əliyevin müstəqil respublikamızda bütün sahələr üçün müəyyənləşdirdiyi prioritetlər əsasında inkişaf edib, müxtəlif fundamental elmi istiqamətləri müəyyənləşdirərkən daim azərbaycançılıq məfkurəsini, vətənpərvərliyi əsas götürüblər. Odur ki, AMEA institutlarının apardıqları elmi tədqiqatlarda, nəşr etdikləri monoqrafiya, kitab və dərgilərdə Qarabağ mövzusu, I Qarabağ müharibəsi, qaçqın, köçkün düşmüş 1 milyon əhali, xalqımıza qarşı zaman-zaman erməni işğalçıları tərəfindən həyata keçirilmiş soyqırımı aktları, etnik təmizləmələr, itirilmiş tarixi torpaqlarımız, II Qarabağ - Vətən müharibəsi və 44 günə Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız tarixi Zəfər, Şuşamızın, Xankəndimizin və digər işğalda olan torpaqlarımızın qaytarılması xüsusi diqqət və araşdırma obyekti olub. Bu zaman hər institut öz elmi istiqamətinə müvafiq olaraq göstərilən hadisələri tarixi, etnoqrafik, ədəbi, filoloji, fəlsəfi, mədəni, beynəlxalq aspektlərdə dərindən tədqiq edib. Akademik G.Baxşəliyeva sərgidə AMEA-nın bu mövzuda son iki ildə nəşr edilmiş kitablarının yalnız bir qisminin ictimaiyyətə təqdim edildiyini bildirib. Həmin nəşrlər barədə məlumat verən akademik G.Baxşəliyeva onların sırasında ən sonuncusunun Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının bu günlərdə Təbrizdə çap edilən “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” kitabının olduğunu vurğulayıb və kitabda 1905-ci ildən bugünə qədər Azərbaycan xalqına qarşı həyata keçirilən ağır cinayətlərdən bəhs edildiyini qeyd edib”.

AMEA-nın Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov tədbirdə çıxış edərək Böyük Zəfərin Azərbaycan tarixinin bütün dövrlərinin ən böyük hadisəsi olduğunu bildirib və Azərbaycanın dövlətçilik tarixində yeni mərhələ olan  Böyük qayıdışın Böyük Zəfərin töhfəsi olduğunu vurğulayıb. K.Şükürov Tarix İnstitutunun bu mövzuda son nəşrlərindən bəhs edib.

Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov çıxış edərək, təmsil etdikləri institutların sərgidə nümayiş etdirilən kitablarından bəhs ediblər.

Özbəkistandakı Heydər Əliyev Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə 5 dildə nəşr edilən “Şuşa - Türk dünyasının Mədəniyyət paytaxtı” ensiklopedik nəşrini təqdim edib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR