Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

"Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır" mövzusunda elmi-praktiki seminar keçirilmişdir

25-04-2023 [ 12:07 ] [ oxunub:23 ]
printerA+ | A-
103298

Aprelin 20-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında "Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır" mövzusunda elmi-praktiki seminar keçirilmişdir.
Akademiya rəhbərliyi və qonaqlar əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət etmiş, abidə önünə güllər düzmüşlər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılan seminarda Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin Heydər Əliyev Muzeyi şöbəsinin baş mütəxəssisi Nailə Həsənova və Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Pərvanə Bəkir qızı iştirak etmişlər.
Çıxış edənlər Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə bilik və bacarığını ölkəmizin inkişafına həsr etdiyini, Ümummilli lider Heydər Əliyevin adət-ənənələri, milli məfkurəni, eləcə də zəngin mədəniyyətimizin bütün çalarlarını özündə əks edən azərbaycançılıq ideologiyasının müəllifi olduğunu xüsusi vurğulamışlar.
Dahi şəxsiyyət tərəfindən atılan qətiyyətli addımlar və görülən təxirəsalınmaz tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmiş, xalqın siyasi və ictimai asayişinin qorunduğu bir respublikada təhlükəsiz yaşamağı təmin olunmuşdur.
Sonda Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR