Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Esmira Fuadın “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan Yazarlarının Gözü ilə” kitabı Türkiyədə təqdim olundu

09-01-2023 [ 11:17 ] [ oxunub:6 ]
printerA+ | A-
103003

Türkiyənin İstanbul Universiteti Ədəbiyyat Fakültəsində filologiya elmləri doktoru Esmira Fuadın “Qarabağ zəfəri Güney və Quzey Azərbaycan Yazarlarının Gözü ilə” və “ 44 günlük Vətən müharibəsi Güney Azərbaycan ədəbiyyatında" adlı yeni çapdan çıxmış kitablarının təqdimatı keçirilib. Təqdimatda İstanbul Universitetinin professoru doktor Mualla Uydu Yücel xanım açılış nitqi ilə çıxış etmişdir. Daha sonra söz alan Esmira Fuad ədəbiyyat fakültəsində bir araya gəlməyin çox əhəmiyyətli bir hadisə olduğunu ifadə edərək, kitabların tanıtımında Azərbaycanı təmsil etməyin çox şərəfli bir iş olduğunu, ədəbiyyatın tarixi hadisələrlə birlikdə izah edildiyini  və Güney Azərbaycan türklərinin 44 günlük müharibədə Araz sahili boyunca toplaşaraq Quzey Azərbaycana dəstək verdiyini söyləmişdir.

Azərbaycan türk xalqının ümumən şair olduğunu dilə gətirən Esmira Fuad keçmişin iztirabları şeir və romanlarda olduğu kimi, İkinci Qarabağ Zəfərinin də şeirlərdə, romanlarda, hekayələrdə bundan sonra da yer alacağını bildirib.

https://www.dokuzsutun.com.tr/esmira-fuad-kitaplarini-tanitti-49708h.htm

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR