Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutu ölkələrarası birgə elmi seminar (onlayn) keçirib

23-12-2022 [ 09:51 ] [ oxunub:108 ]
printerA+ | A-
102975

Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli əlyazmalar İnstitutu birgə elmi seminar keçirib

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu XVI əsr görkəmli tarixçi Salar Baba Xaridarinin “Cami-ət-təvarix” əsəri və onun UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu ilə birgə məsləhətləşmə keçirib.

Salar Baba Xaridarinin “Cami-ət-təvarix” əsəri XVI əsr türk xalqları ictimai və mədəni fikir tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu baxımdan əsər geniş mənada türk xalqlarının ortaq tarixi keçmişinin, adət-ənənəsinin, etnoqrafiyasının öyrənilməsi baxımdan əhəmiyyət daşıyır.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli çıxış edərək AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını və dəstəyini Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutuna çatdırıb. Ədəbiyyat İnstitutunda türkmən ədəbiyyatının öyrənilməsi istiqmətində aparılan tədqiqat işləri, yazılan kitablar haqqında məlumat verib. O, qeyd edib ki, Salar Baba Xaridarinin “Oğuznamə”si Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosenti İsmixan Osmanlının tərcüməsi, ön sözü ilə 2021-ci ildə Azərbaycan oxucularına təqdim edilib. Türkmənistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun bu təşəbbüsünü yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.

Tədbirdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türkmənistan ədəbiyyatı ilə bağlı tədqiqat aparan alimləri, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı, filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova iştirak və çıxış ediblər.

Geniş tərkibdə keçirilən tədbirdə Türkmənistan alimləri, qardaş Türkiyə Respublikasının Ankara, Ege və Balıkesir Universitetlərinin professorları, İraq və Estoniyadan olan alimlər də iştirak ediblər.

FOTO QALEREYA