Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Humanitar Elmlər Bölməsinin Gənc Alim və Mütəxəssislər şuralarının hesabatı dinlənilib

21-11-2022 [ 15:32 ] [ oxunub:99 ]
printerA+ | A-
102884

AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan institutlarının Gənc Alim və Mütəxəssislər şuralarının (GAMŞ) 2022-ci il üzrə illik hesabatları dinlənilib.

İclası giriş sözü ilə açan AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev şuranın illik fəaliyyətini dəyərləndirib.

Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Gənc Alim və Mütəxəssislər Şurasının Humanitar Elmlər Bölməsinin katibi Şəfa Əliyeva bölmənin sədrləri, illik fəaliyyət planı, görülmüş işlər haqqında qısa məlumat verdikdən sonra institutlar üzrə hesabatlar dinlənilib.

Hesabatları Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva, Nəsimi adına Dilçilik İnstitutunun GAMŞ sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucova, Folklor İnstitutunun GAMŞ sədri, filologiya üzrə fəlsəfə doktoru Xanım Mirzəyeva, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun GAMŞ sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva, Memarlıq və İncəsənət İnstitutunun GAMŞ sədri Əlləz Əhmədov və Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyindən Dilbər Hüseynova təqdim ediblər.

Hesabatlarda gənc alimlərin dərc etdirdiyi məqalələr, iştirak etdikləri respublika və beynəlxalq konfranslar, nəşr olunan kitablar statistik rəqəmlərlə tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bundan əlavə, 2022-ci ildə AMEA-nın Humanitar Elmlər Bölməsinə daxil olan institutların gənc alim və mütəxəssislərinin ölkənin ictimai həyatında yaxından iştirak etmələri, televiziya kanallarında və kütləvi informasiya vasitələrində çıxışları xüsusi vurğulanıb. Təqdim olunan hesabatlarda cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmandan sonra ölkədə elmi mühitin daha da canlanacağına və gənc alimlərin növbəti illərdə daha yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.

Sonda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev çıxış edərək təqdim olunan hesabatları qənaətbəxş adlandırıb və gələcəkdə gənc elm adamlarının qarşısına qoyulan hədəflərdən danışıb.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR