Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Baş direktor

Akademik İsa Əkbər oğlu Həbibbəyli

14-02-2017 [ 12:08 ] [ oxunub:1380 ]
printer A+ | A-
34728 34728

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru

  “...XXI əsrin başlanğıcından sonra müstəqillik dövrü  Azər­bay­can ədəbiy­yatşünaslığında irəliləyiş və inkişaf qaçilmaz bir prose­sə çevrilmiş­dir. Gör­kəmli dövlət xadimi Heydər Əliyevin azər­bay­cançiliq məfkurə­sini döv­­lət ideologıyası səviyyəsinə çatdır­ılma­sı yeni tarixi epoxada  elmi fikir­də və bə­dii düşüncə  istiqa­mə­tin­də də bu mövqeyinin möhkəm­lən­diril­məsi ilə nəticələ­mişdir. Bu mə­na­da müstəqillik dövrü Azərbaycan ədəbiy­yat­şü­nas­lığı elmdə azər­bay­can­şünas­lığın üzvü tərkib hissə­sidir. Ədəbiy­yatda və­tən, mi­llət, torpaq, tarixi yaddaş, soykökə qayıdış, milli-mənəvi özünü­dərk, mi­lli birlik və dirçəliş proseslərinin elmi tədqiqatlarda ön mövqeyə  çə­­kilməsi yeni dövr Azərbaycan ədə­biy­yatşü­naslığının x­rakterik xü­su­siyyətidir. Dünya elmi­nə inteq­rasiya baxımın­dan da müs­tə­qillik dövrü Azər­baycan ədə­biy­yatşünaslığında ideoloji prin­sip­lərin deyil, real qar­şı­lıq­lı əlaqələrin  öyrənil­məsinə diqqət ye­ti­ri­lir. Azər­baycan ədəbiy­yatının döv­­lət müstəqilliyi şəraitində mil­li və bəşəri dəyərlərə doğru istiqa­mət­lən­dirilməsi də müasir Azər­baycan ədə­biy­yatşünaslığının əsas vəzifə­lə­rin­dəndir”.

Əlaqə: xidməti tel.(+994 12) 5103425;  (+994 12) 4929707; faks (+994 12) 5102092 

Email: isa.habibbeyli@science.az;  direclit@science.az

Elmi fəaliyyətinin əsas göstəriciləri: 115 kitabın, 1 425 məqalənin, o cümlədən 585 ölkəmizdə və 182 xaricdə çap olunmuş elmi məqalənin müəllifi, 295 – kitabın tərtibçisi, redaktoru, elmi məsləhətçisidir.  59 elmlər namizədi, 17 elmlər doktoru dissertasiyalarının elmi rəhbəri olmuşdur.  

Əsərləri Azərbaycan dilindən başqa ingilis, fransız, rus, türk, ərəb fars, urdu, bolqar, macar, litva və b. dillərində çap olunmuşdur. ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya, Türkiyə, Almaniya, Cənubi Koreya, İspaniya, İran, İraq, Bolqarıstan, Avstriya, Misir Ərəb Respublikası, Tunis, Ukrayna, Pakistan, Macarıstan, Qazaxstan, Gürcüstan və başqa ölkələrdə rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir.        

Namizədlik (PhD) dissertasiyasının mövzusu: XX əs­rin əvvəlləri Azərbaycan romantik lirikası- 57.15.01 - Ədəbiyyat nəzəriyyəsi

Doktorluq dissertasiyasının mövzusu: Cəlil Məmmədquluzadə: mühiti və müasirləri- 5716.01 -  Azərbaycan ədəbiyyatı tarixi;

Müxbir üzv seçilməsi: 2001 - ixtisasın adı: Azərbaycan ədəbiyyatı         

Həqiqi üzv seçilməsi: 2003 - ixtisasın adı: Ədəbiyyatşünaslıq

Əsas elmi nailiyyətləri:  XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının mərhələ və problemlərinin, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Şaxtaxtinski irsinin araşdırılması, romantik poeziyanın nəzəri problemlərinin tədqiq edilməsi. 

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

          -   Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvü (1999),

          -   “Ankara Universitetinin fəxri dostu” (1999),

          -   Türkiyədə çıxan "Qardaş ədəbiyyatlar" jurnalının redaksiys heyətinin üzvü seçilmişdir (1999),

          -   Nyu- York Elmlər Akademiyasının həqiqi üzvü (2001),

         -   Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə heyətinin üzvü seçilmişdir (2001),

          -   Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının Həqiqi üzvü (2006),

          -   Moskvada nəşr edilən “Beynəlxalq elmi jurnal”ın redaksiya heyətinin üzvü seçilmişdir (2008),

          -   Amerika Bioqrafiya İnstitutunun akademiki (2011).

Pedaqoji fəaliyyəti: Naxçıvan Dövlət Universitetində professor 

Digər fəaliyyəti: 

          - AR Milli Məclisinin deputatı, YAP Siyasi  Şurasının üzvü, YAP Elm və təhsil komitəsinin sədr müavini 

Təltif və mükafatları:

          -   Təhsil Nazirliyinin Fəxri Fərmanı (1999)

          -   Azərbaycan Respublikasının Əməkdar elm xadimi fəxri adı (1999)

          -   «Ankara universitetinin fəxri dostu» (1999)

          -   Amerika Bioqrafiya İnstitutu tərəfindən «İlin adamı»  (2001)

          -   Türkiyə Cümhuriyyəti Dil Qurumunun «Üstün hizmət Baratı» (2004)

          -   «Şöhrət» ordeni (2007)

          -   «Şərəf» ordeni (2009)

          -   Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının «İnformasiya aləminin elitası» diplomu və «Elmi istiqamətin rəhbəri» medalı (2009)

          -   Türkiyə Cümhuriyyəti Avrasiya Kültür  və Sənət Qurumunun rəmzi mükafatı (2009)

          -   Türkiyə Cümhuriyyəti Hüseyn Qazi Kültür və Sənət Vəqfinin mükafatı (2009)

          -   Naxçıvan MR Ali Məclisinin Fəxri Fərmanı (2009)

          -   Naxçıvan MR Ali Məclisi Sədrinin Fəxri Fərmanı (2009)

          -   Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı (2009)

          -   Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının “XIX-XX əsrlər Azərbaycan ədəbiyyatının (Mirzə Cəlilin)və Azərbaycanda müasir elmi-bədii fikrin inkişafı elmi istiqamətinin rəhbəri” mükafatı (2009)

          -   “The Name in Science Award” (“Elmdə ad”) mükafatına layiq görülmüşdür (2013)

 

Bax: Akademik İsa Həbibbəyli. Elektron məlumat bazası

Əsərləri