Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Zəfərin və Varlığın Mübarək Azərbaycan ordusu! - Mərziyyə Nəcəfova

26-06-2022 [ 11:04 ] [ oxunub:56 ]
printerA+ | A-
102532

XX yüzillik Azərbaycan xalqının tarixinə Heydər Əliyev əsri kimi daxil olmuşdur.

Ulu Öndərin Azərbaycan xalqı üçün gördüyü işlər saysızdır. Heydər Əliyevin yaratdıqlarını, xalqımıza bəxş etdiyi töhfələrin yalnız adlarını sadalasaq kitablara sığmaz.  Bu gün yalnız Heydər Əliyevin 1971-ci ildə əsasını qoyduğu Respublika Hərbi Təyinatlı orta internat məktəbi  ilə də tarixin əbədi səhifəsində yaşayar və xatırlanardı.

Ulu Öndər Silahlı qüvvələrin böyük məktəb olduğun vurğulayardı. Dövlətin ərazi bütövlüyünün, müstəqilliyinin, sülhün əsas təminatçısı məhz o xalqın ordusudur. Orduda xalqın həm fiziki, həm də mənəvi cəhətdən ən sağlam və iradəli hissəsi birləşir. Az qala atalar sözü kimi formalaşan, qəbul olunan bir qiymətli poetik misrada deyildiyi kimi. “Ordun varsa yurdun var, ordun yoxsa yurdun yox!” Əlbəttə, ordu xalqın ən avanqard hissəsidir ki, ona da ən məsuliyyətli vəzifə - Vətənin müdafiəsi kimi uca və ali vəzifə həvalə edilmişdir.

Hakimiyyətə gəldiyi ilk illərdən Heydər Əliyevi ilk düşündürən problemlərdən biri Azərbaycan gənclərinin xidmət üçün orduya hazırlanması və hərbi məktəblərə gənclərimizin cəlb edilməsi məsələsi olmuşdur. Və Ulu Öndər ordumuzun inkişafı üçün o illərdə mübarizə aparmışdır.

Yeri gəlmişkən, Heydər Əliyev ilk azərbaycanlılardandır ki, milli təhlükəsizlik orqanlarında general-mayor hərbi rütbəsinədək yüksəlmişdir.

 Qarabağ savaşında Azərbaycan ordusunun lazımi səviyyədə hazırlıqlı olmaması xalqımıza məlum problemlər yaşatdı.

Ulu öndərin Azərbaycana qayıdışı ilə Azərbaycan ordusu yenidən dirçəlməyə başladı. Uzaqgörən siyasətçi hərbiçi və zabitlərimizin hərbi güclərini artırmaq və inkişaf etdirmək üçün qardaş Türkiyə başda olmaqla bir çox dövlətlərə təhsil və təcrübə üçün göndərməsi də ordumuzun möhkəmləndirilməsində böyük rol oynadı.

Heydər Əliyevin hər zaman Azərbaycan ordusunun yanında olması, hərbiçi və zabitlərimizə diqqət və qayğısı Ali Baş Komandanla ordunun birliyi xalqı qələbə və zəfərimizə yaxınlaşdırırdı. Bu birlik və bərabərlik Ulu Öndərin davamçısı Ali Baş Komandan İlham Əliyev sayəsində davam və inkişaf etdirildi. Uzun bir inkişaf yolu keçən Azərbaycan ordusu 2020 ci il 44 günlük savaşla Qarabağ torpaqlarını azad etdi. Ulu Öndərin arzuları çin oldu. Azərbaycan xalqı böyük Ali Baş Komandanımızın və dünyaya səs salan Azərbaycan ordusunun sayəsində qalib ölkə oldu.

Qalib Azərbaycan ordusu, zəfərin və varlığın mübarək!

SİZƏ MARAQLI OLA BİLƏR