Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM

“Yunus Əmrə və Azərbaycan” mövzusunda seminar keçirilib

03-06-2022 [ 20:16 ] [ oxunub:709 ]
A+ | A-

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Yunus Əmrə və Azərbaycan” mövzusunda seminar keçirilib.

Seminarda türkiyəli alimlər professor Haşim Şahin, Bakı Dövlət Universitetinin doktorantı Oğuz Kağan Bayraktar və institutun əməkdaşları iştirak ediblər.

İclası Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı açaraq qonaqları salamlayıb. Ölkəmizdə, xüsusilə Ədəbiyyat İnstitutunda ortaq türk ədəbiyyatı ilə bağlı görülən işlər barəsində ətraflı məlumat verib. Bildirib ki, “2021-ci il qardaş Türkiyədə UNESCO-nun qərarı ilə “Yunus Əmrə ili”nin elan olunmasına töhfə olaraq, Ədəbiyyat İnstitutu Yunus Əmrənin “Salam olsun” (“Divan”) kitabını çap edib. Kitabın ideya müəllifi və “Yunus Əmrə dastanı” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir.

Sonra Anadolu Universitetinin Ədəbiyyat fakültəsinin Tarix bölməsinin orta əsrlər tarixi üzrə mütəxəssisi, tarix elmləri doktoru, professor Haşim Şahin çıxış edərək Yunus Əmrə və müasirləri haqqında Türkiyədə aparılan araşdırmalar barədə məlumat verib.

Seminarda Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçiləri - filologiya elmləri doktoru, professor Nizami Tağısoy, filologiya elmləri doktoru, dosent Xuraman Hümbətova və Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov mövzu ilə bağlı müzakirələrdə fikirlərini söyləyiblər.