Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Cəlil Məmmədquluzadənin ev-muzeyində Mirzə Ələkbər Sabirin 160 illiyi qeyd olunub

03-06-2022 [ 13:23 ] [ oxunub:939 ]
A+ | A-

Mirzə Ələkbər Sabirin 160 illiyi ilə əlaqədar “Cəlil Məmmədquluzadənin ev muzeyi”ndə tədbir keçirilib. Tədbirdə ədəbiyyatşünaslar, sənət adamları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə iştirak edən AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, professor Cahangir Məmmədli satirik şairimizin yubileyi münasibəti ilə çıxışında bir neçə nüansa toxunub. Çıxışlarda Sabirin yaradıcılığından, xüsusən “Molla Nəsrəddin” dərgisindəki fəaliyyətindən, günümüzdə Sabirin təbliğatından danışılıb.

Abdulla Şaiq ev muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə də çıxışında Sabir yaradıcılığından söz açıb.

Muzeyin baş elmi işçisi Yeganə Məmmədova muzeyin fəaliyyətindən, Sabirin məktəblərdə, universitetlərdəki təbliğatdan danışıb. O, bu cür tədbirlərin tez-tez təşkil olunacağını bildirib.

Tədbirdə həmçinin Əməkdar jurnalist, professor Allahverdi Məmmədli də iştirak edib. O, Sabirin satira janrındakı novatorluğundan, üslubçuluğundan, günümüzdəki aktuallığından danışıb. “Molla Nəsrəddin”çilərin hər birinin ölkə mədəniyyətindəki yerini qeyd edib.

Tədbirdə Əməkdar müəllim Məlahət Babakişiyevanın rəhbərliyi ilə 150 nömrəli məktəbin şagirdləri Sabirin yaradıcılığından şeirlər oxuyublar.

Azərbaycan Opera və Balet Teatrının solisti Elşən Məmmədov və tarzən Səid Quliyev də musiqili çıxışlar edərək tədbiri sonlandırıblar.

Qeyd edək ki, tədbirin sonunda bir neçə iştirakçıya və muzeyin əməkdaşı Günel Sayılovaya Fəxri Fərman təqdim edilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR