Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELM. TƏHSİL

"Orta əsrlər Azərbaycan ədəbiyyatı: konseptual məsələlər" mövzusunda elmi-nəzəri seminar keçirilib

22-04-2022 [ 09:01 ] [ oxunub:379 ]
printerA+ | A-
102291

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi nəzəri seminar keçirilib. Elmi seminarı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, “bu cür seminarlar pandemiyadan əvvəl də təşkil olunurdu. Sərt karantin rejiminin bir çox məhdudiyyətləri aradan götürüldüyü üçün  elmi nəzəri seminarı yenidən bərpa edirik. Gələn iclasa qədər elmi nəzəri seminara sədr seçəcəyik ki, o, daimi bu işlə məşğul olsun. Bu gün iclası özüm aparmağı vacib saydım. Ona görə ki, bugünki iclasda Çingiz Sasani çıxış edir. Onu orta əsr ədəbiyyatı ilə bağlı narahat edən konseptual məsələlər var ki, elmi ictimaiyyətə deyilməsi vacib olan məsələlərdir, biz gələcəkdə onları nəzərə alaq. Çingiz müəllimin böyük təcrübəsi, qədim dövr və orta əsrlər ədəbiyyatına aid ciddi tədqiqatları vardır. Bizim qədim dövr ədəbiyyatının ən uzun ömürlü tədqiqatçılarındandır. Bu sahədə böyük xidmətlərini yüksək qiymətləndirirəm. Mən hesab edirəm ki, Çingiz Sadiqoğlunun Azərbaycan ədəbiyyatı tarixi konsepsiyamızı oxuması və bəyənməsi ədəbiyaytımıza yeni baxışın da bir ifadəsidir”.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sasani “Orta əsrlər Azərbaycan ədəbiyyatı: problemlər və vəzifələr” mövzusunda məruzə edib. “Azərbaycan mədəniyyəti dünya sivilizasiyasının beşiyidir. Bu beşiyə kənardan necə baxılır, biz özümüz özümüzü necə tanıyırıq, nədən yazırıq, bunlara fikir vermək lazımdır” - tezislərini əsas götürən alim Ədəbiyyat İnstitutunun sovet dövründə və müstəqillik illərində gördüyü işlərə nəzər salıb. Son illərdə görülən işləri müqayisə edərək yüksək qiymətləndirib. İnstitutda hazırlanan və bir neçə cildi çapdan çıxmış on cildlik ədəbiyyat tarixi kitabları haqqında fikirlərini bölüşüb. Həmin nəşrlərin  akademik İsa Həbibbəylinin irəli sürdüyü yeni dövrləşdirmə konsepsiyası əsasında hazırlanmasının əhəmiyyətini xüsusi vurğulayıb.

Elmi seminarda AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktoru, professor Fəridə Əzizova, filologiya elmləri doktoru, dosent Ataəmi Mirzəyev, filologiya elmləri doktoru, professor Baloğlan Şəfizadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva çıxış edərək seminarın mövzusu ilə bağlı fikirlərini səsləndiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR