Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

ELMİ TOPLULAR

Poetika.izm” jurnalının növbəti sayı - (2021, №2)

15-03-2022 [ 13:36 ] [ oxunub:259 ]
printerA+ | A-
102114

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının növbəti (2021, № 2) sayı nəşr olunub. Jurnal AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 04 dekabr 2013-cü il tarixli 7 saylı qərarı ilə Ədliyyə Nazirliyindən verilmiş 26 noyabr 2013-cü il tarixli, 3821 saylı şəhadətnamə əsasında təsis edilmişdir.

“Poetika.izm” elmi jurnalının baş redaktoru AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Bu nömrə akademik İsa Həbibbəylinin “Satira nəzəriyyəsinə yenidən baxış” məqaləsi ilə başlayır.

Jurnalın baş redaktor müavini filologiya elmləri doktoru, professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.

Jurnal ədəbiyyatın mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsəd və funksiyasını, ədəbi dəyər məsələsini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmalara üstünlük verir.

 “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu sayı “İnterdisiplinar və multidisiplinar əlaqə”, “Ədəbi təhlil. Mətn poetikası”, “Janr, struktur, forma”, “Etnopoetika”, “Tarixi poetika”, “İZM”, “Tərcümə”, “Resenziya”, “Yubiley” bölmələrindən ibarətdir. “Poetika.izm”in redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Polşa, Türkiyə, Bosniyanın alimləri daxildir.

Qeyd edək ki, “Poetika.izm” jurnalı “ResearchGate”, “Open Academic Journals Index”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir.