Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The mysterious and magical world of Tabriz - Parvana Mammadli

08-03-2024 [ 10:05 ] [ read:170 ]
printerA+ | A-

Samad Behrangi's Turkish tales, thought to be lost, were published in Baku 45 years later.

The book "40 Magical Tales of Tabriz" was just produced in an attractive manner by the "Qanun" publishing company. Parvana Mammadli translated Sirus Madadi's work from the Arabic script and included an explanatory glossary at the conclusion. The works of Sirus Madadi and Parvana Mammadli appear at the beginning and conclusion of the book. The design of the 224-page magazine included works by current artists Pari Miniatür and Natig Jamal Afshar, as well as famous historic Azerbaijani miniatures.

The publication includes tales collected by Samad Behrangi and Bahruz Dehgani from Tabriz and nearby Mamagan and Tufargan areas, and their local dialect and dialect features have been preserved. The text of the book is taken from the book "Azerbaijani nağıları (Tabriz ravayatari)" published for the first time in Tehran.

Samad Behrangi is considered the founder of Iranian and South Azerbaijani children's literature. It was no accident that he wrote fairy tales for children. It should be noted that he devoted his whole life and creativity to the fight for freedom and justice, the protection and development of the national culture of Azerbaijan, and he faced many difficulties along the way. Close acquaintance with the life of the villagers in the places where he worked awakened Samad's desire to write and create, to write down what he witnessed. He started his first pen experiment from that time.

Səməd kəndə dərs deməyə yollananda elə ilk gündən İran təhsil sistemindəki naqisliklərin şahidi olmuşdu. Uşaqlar dərsliklərdə verilən çox sayda yad sözləri qavramaqda çətinlik çəkirdilər. O bunları nəzərə alıb yeni bir dərslik hazırladı. Dərslik qəbul olunmasa da, onun bilik və bacarığı diqqət cəlb eləmişdi. Amma Səməd Behrəngi nazirlikdə ona təklif olunan yüksək maaşlı məmur vəzifəsindən imtina edib Təbrizə dönmüşdü. Elbəel, kəndbəkənd dolaşaraq uşaqlara dərs keçməyə və folklor nümunələri toplamağa üstünlük vermişdi.

Səməd Behrəngi çox gözəl pedaqoq idi, ucqar və baxımsız kəndlərdə dərs keçməyi seçmişdi. Öncələr kənd boyu dolaşan, xalq içində, toyda-mağarda, məsciddə tez-tez görünən Səməd eşitdiklərini, bildiklərini həm həyatda, həm də tədris vasitəsilə tətbiq etməyi düşünsə də, sonralar həmkarı və tələbəlik dostu Bəhruz Dehqani ilə birlikdə bu işi görməyə başladılar. Bir müddətdən sonra bu toplamaların içində çox sayda folklor nümunələri, nağıllar, hekayələr, təhlillər yer almağa başladı. Nümunələr türkcə söyləndiyi üçün elə bu dildə də qələmə alınırdı. Ağır zəhmətlə başa gələn bu çalışmalar çap üçün təqdim edilərkən isə nəşrinə imkan vermədilər.

O, folklor nümunələri toplamaqla (Bəhruz Dehqani ilə birlikdə) və ədəbi əsərlərlə yanaşı, təhsil, pedaqogika ilə bağlı məqalələr, esselər yazıb, tərcümə ilə məşğul olub. Səməd Behrəngi təhsil sisteminin nöqsanlarını tənqid edir və getdikcə cəmiyyətin digər qatlarına baş vururdu.

O, doğma xalqının dilində dolaşan nağıl və mifləri toplayıb tərtib etmiş, onlara bədii yön verib yenidən yazmışdı. Səməd Behrəngi və Bəhruz Dehqaninin topladıqları bayatılar, tapmacalar-qoşmacalar və bir çox folklor örnəklərinin nəşrinə İranda imkan verilməmişdi. Onlar yazıları ana dillərində nəşr etməyə müvəffəq olmadıqda nağılların bir hissəsini fars dilinə çevirib "Azərbaycan əfsanələri" adlı məcmuədə nəşr etdirmişdilər. S.Behrəngi uşaqlara birbaşa xitab etmək üçün əsərlərini nağıl şəklində yazırdı. O, ənənəvi didaktik metodun uğurlu olmayacağını bilirdi; əsərlərində uşaqları milli zülmə, cəhalətə, ictimai ədalətsizliyə qarşı mübarizəyə çağırır, dil və mədəniyyətlərinə məhəbbət yaradır, onları gələcək həyata hazırlayırdı. Folklora, mifologiyaya meyl onu simvolların dili ilə yazıb-yaratmağa yönəltdi. Bu əsərlər azadlıq, kimlik, yoxsulluq, təhsilsizliyin doğurduğu fəsadlar ilə yanaşı, dövrün sosial-psixoloji dərdlərini də ehtiva edirdi.

Səmədin qələmə aldığı "Ulduz və qarğalar" nağılında oxucuya tam aydın olur ki, hadisələr azərbaycanlı ailəsində cərəyan edir və iştirakçılar da Azərbaycan türkləridir.

1967-ci ildə yazdığı "Balaca qara balıq" Səmədə böyük uğur gətirir, yaşamının manifestinə çevrilir, adını bir sıra dünya ölkələrində tanıdır...

Vaxtsız ölümündən sonra əsərlərinin nəşri istər Cənubi Azərbaycanda və İranda, istərsə də dünyanın müxtəlif ölkələrində böyük maraq doğurdu. Uşaqlar üçün yazdığı əsərlər daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi.

S.Behrənginin topladıqları içərisində nağıllar xüsusi yer tutur. Həmkarı Bəhruz Dehqani ilə topladığı nağıllar uzun illər diqqətdən kənarda qalmışdı. Yalnız 30 ildən sonra fədakar folklorşünas Məhəmmədəli Fərzanə bu nağılların Azərbaycan dilindəki orijinal variantını üzə çıxarmışdı.

90-cı illərin sonlarında Güney Azərbaycanın tanınmış milli ziyalılarından olan M.Fərzanə ilə görüşmüş, xeyli söhbətləşib-dərdləşmişdik. O, məni bir çox mətləblərdən hali eləmiş, xeyli yeni bilgi - məlumat vermişdi. Bunlardan biri də Səməd Behrənginin itmiş və o vaxtacan tapılıb çap olunmayan əlyazmaları ilə bağlı idi. Bu müsahibə 1999-ci ildə "21 Azər" jurnalında da çap olundu. Məzmunu da belə idi ki, Məhəmmədəli Fərzanə o məlum əlyazma mətnlərin ilk dəfə Azərbaycan türkcəsində qələmə alındığını söyləmişdi. O dövrə qədər elmi fikirdə S.Behrənginin əsələrinin yalnız farsca yazıldığı bildirildi. Əslində S.Behrəngi bu mətnlərin çoxunu türkcə (Azərbaycan türkcəsi) yazmış, amma farscaya çevirmək məcburiyyəti qarşısında qalmışdı. O yazıların orijinalını isə M.Fərzanəyə etibar edib özündə saxlamağı tövsiyə etmişdi.

1960-cı illərin sonlarından İranda, xüsusən Azərbaycanda hökm sürən hakimiyyətin yaratdığı cinayətlər nəticəsində yüzlərlə insan və yüzlərlə əsər məhv edildiyi kimi, Səməd Behrənginin və Bəhruz Dehqani ilə birikdə yığıb Fərzanəyə tapşırdıqları nağılların orijinalı da itib-batmışdı.

M.Fərzanə 1997-ci ildə Almaniyada qonaq olduğu zaman, sevinərək itkin bağlamanın yenidən tapıldığı xəbərini verir. Və nağıllardan bir nüsxəsini orada yaşayıb-yaradan ziyalı dostu Sirus Mədədiyə verib onları nəşr etməyi xahiş edir. Aradan 30 il  keçdikdən sonra nağıllar tapılıb bir daha Fərzanəyə geri qaytarılmışdı. Sirus Mədədi yeni tapılmış və türkcə yazılmış əlyazmanı 1998-ci ildə soydaşları ilə birlikdə Almanıyanın Köln şəhərində nəşr etdiyi "Azərbaycan səsi" jurnalında tanıtdı. 2009-cu ildə isə Tehranda "Azərbaycan nağılları (Təbriz rəvayətləri)" adı altında kitab çap etdirdi.

Səməd Behrənginin ölümündən 30 il sonra gizli sandıqdan tapılan 40 nağıl 40 ildən sonra ilk dəfə Tehranda, 45 il sonra isə Bakıda nəşr olundu.

Burada 40 rəqəminin magiyasına inanmamaq olmur...

Bu gün bəhs olunan "Azərbaycan nağılları"nın orijinal Azərbaycan dilində gəlib əlimizə çatmasına görə görkəmli folklorçu Məhəmmədəli Fərzanəyə borcluyuq.