Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Karabakh truths in Mir Mohsun Navab‘s poem "Bakh" - Khuraman Hummatova

04-10-2023 [ 15:38 ] [ read:47 ]
printerA+ | A-
103753

This year, in connection with the 100th anniversary of the birth of the national leader of the Azerbaijani people, Heydar Aliyev, 2023 is being celebrated in Azerbaijan as the "Year of Heydar Aliyev" and "Shusha - the cultural capital of the Turkic world".

Mir Mohsen Navab Aghamirzazade (1833-1919) Karabakh is one of the poets who has a special place in the development of the Azerbaijani literature of the 19th century. In our literary history, there are poets, musicologists, painters, calligraphers, alchemists, mathematicians, astronomers, etc. Mir Mohsun Navab is  known as Mir Mohsun, had an encyclopedic intelligence.

Mir Mohsun Navab was born in Shusha in 1833, lived and created there all his life. The poet, who received his first education in Shusha, was fluent in Arabic, Persian, and Turkish, and showed interest in the Russian language in accordance with the requirements of the time. His father was one of the well-known believers of his time, and his grave was accepted as a shrine by the people. By engraving the truths of the poet's time in the memory of his sofa, he familiarizes his readers with those events more closely, and was able to revive historical truths in the memory of poetry.

Mir Mohsun Navab was one of the participants of the events that revived the realities of Karabakh as they were in his works. One of Mir Mohsen Navvab's works reflecting the atrocities committed by Armenians is the "Bakh" rafid jam published under the title "Poem dedicated to the second Armenian-Muslim conflict". The poem consists of 26 stanzas. In this poem, the influence of M.P. Vagif's ghazal "Bakh" can be felt. It is known from the ghazal that Qajar, who is waiting for the dawn, will issue an order for the execution of Vagif and his son, but in the evening they are killed by their relatives. In his letter to his friend Vidadi, the poet, who got rid of the oppression of the Qajar, says that all these things and the pain of the innocent were not left behind by God. Speaking in detail about these events, the poet calls people to learn from the events:

"Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax,

Ruzigara qıl tamaşa karə bax, kiridarə bax",

 

- deyir. Vaqifdən fərqli olaraq Nəvvab isə ermənilərin törətdiyi vəhşiliklərdən, rus çinovniklərinin bədxah əməllərindən, bu qırğına bais olan məmur özbaşınalığından, rus və ermənilərin əlbir olub, xalqın başına gətirdiyi fəlakətlərdən ürək ağrısı ilə bizə söz açır. Şair gördüyü hadisələri nəzmə çəkərək, o dövrün haqsızlıqlarını, məzlum xalqın başına gətirilən fəlakətləri şeir dili ilə bizə nəql edir. Bu əsər döyüş meydanını əks etdirən bir oçerk xarakteri daşıyır. Baş verən hadisələr gözlərimiz qarşısında canlanır. Bütün bunlar mətnin yaddaşına hopan tarixi həqiqətlərdir ki, Nəvvab şeirlərində işıqlandırmaqla hadisələri bugünkü oxucusuna çatdırır. Şair "Bax" şeirində bu olayları daha poetik dillə nəql edir.

 

Ey əziza, ibrət eylə, gərdişi-dövranə bax,

Sabitü səyyarədən hadis olan dastanə bax,

Dideyi-insafilən bir qövmi-bədbünyanə bax,

Qələ içrə erməni qövmi edən tüğyanə bax.

 

Şair müraciət etdiyi yaxınlarına dövranın gedişindən ibrət almağı, münəccimlərin uydurmalarının bir nağıl olduğunu, "məzlumların halına, Qala içində (Şuşada - X.H.) ermənilərin törətdiyi əməllərə baxın" deməklə, ozamankı hadisələrə münasibətini bildirir. Şeir boyunca şairin erməni, rus vəhşiliklərinin canlı şahidi olduğunu, baş verən hadisələrin, xalqın başına gətirilən müsibətlərin onun gözü qarşısında baş verdiyini görürük. 

Şeirin başqa bəndində şair rus çinovniki Qalaşayovdan söz açır. Məlum olur ki, rus məmuru Qalaşayov tarixi şəxsiyyət olub, o dönəmdə Şuşa qalası və bütün ətraf ərazilər onun tabeliyində olub. Ətrafda olan ermənilər min bir hiylə və rüşvətlə onu ələ alaraq müsəlman xalqının başına olmazın fəlakətini gətirir, sərhəd ərazilərində olan torpaqları ələ keçirirlər.

 

Minlərilə ram qıldı Qalaşayovu özünə,

Sürmeyi-rüşvət çəkib ol binəvanın gözünə,

Neçə min müsəlmanı yandırdı zülmün közünə,

Qələdə qalxızdığı bir beydəqi-əfqanə bax.

 

Sonra Nəvvab şeirinə davam edərək, iki sadə xalqın arasına nifaq salan, onları bir-birinə vuruşduran məmurların aqibətindən söz açaraq deyir:

 

Qalaşayovlar saldılar bu Qələyə bir tazə şur,

Zülmü kinilən nümayən etdilər şuri-nəşur.

Qaldı bu kihü ədavət ta ölüncə nəfxi-Sur,

Bu iki qövmün içində qoydular, tufanə bax.

 

Rusların təkidilə müsəlman əyanlarının evlərinə, həm də xalqın müqəddəs yeri olan məscidlərə od vurduqlarını şair belə təsvir edir;

 

Qalaşayun buyruğuyla ruslar, kazaklar,

Neçə əyan evlərinə od qoyub yandırdılar.

Ermənilə yügrüşüb həm məscidə od vurdular,

Şöləsin qalxızdılar, ta dərgahi-sübhanə bax.

 

Nəvvab ürək ağrısı ilə Köçəri kəndinin qarət olunmasını, on iki min rus və erməni əsgərinin cəm olub, Köçəri səmtinə, əvvəllcə, toplara od qoyub atmasını, günahsız insanlara haqsız yerə zülm edilməsini "bigünah ol qövmə zülmi- binəhayət eylədi" - deyə, dilə gətirir. Bəndin sonunda şair "qan töküb xunxar oldu, qanə adət eylədi" deməklə, rus məmurlarının qan tökmək adətləri olduğunu, xalqlar arasına nifaq salmaq adətləri olduğunu, törətdikləri haqzsızlıqlardan söz açır.

Tarixin qan yaddaşında baş verən hadisələrin iştirakçısı kimi çıxış edən şair gördüklərini şeir dilinə çevirərək, gələcək nəsillərə ötürməklə tarixi gerçəklikləri yaşatmağa çalışmış, erməni və rus özbaşınalıqlarının o dönəmdə törətdiyi vəhşiliklərdən poeziyanın dili ilə ətraflı bəhs etmişdir.

 

Köçərini odladı ol dəmdə çün qövmi-züləm,

Əmr qıldı ləşkərinə, erməniylə həm qədəm,

Pəs müsəlman səmtinə qalxızdı zülmilən ələm,

Binəva millətlərin haqqında bir divanə bax.

 

Şeiri davam etdirən şair sonrakı bənddə Mamayi istiqamətinə rus qoşunlarının hücum etməsini, oranı darmadağın edəndən sonra Mircanlıya doğru irəliləmələrini, Hacı Rüstəmin evlərini yerlə-yeksan etməsindən bəhs edir. Bəndin sonunda "kim görübdür belə hakim, hökmə bax, divanə bax" deməklə, gördüyü hadisələr onda böyük təəccüb doğurur.

Bütün bu hadisələrin gedişatında şair yerli insanların vuruş zamanı hadisələrə, sadəcə, seyrçi kimi qalmadıqlarını da qeyd edir. O yazır ki, bu hadisələrdən xəbərdar olan müsəlmanlar "şiri-qürran" kimi səngərlərə doldular, "nəreyi-Allah" ilə aləmləri doldurdular, güllələri yağmur kimi aləmə səpdilər. Həmçinin din xadimləri: seyidlər, mollalar əlinə silah alıb, onlar xalqı səfərbər etdilər. Allaha yalvararaq "zalımın zülmünü gör", - deyə səsləndilər.

Daha sonra isə müsəlmanların Ermənistan səmtinə top atmasından söz açan şair, bu hadisə zamanı on səkkiz erməni cavanın ölməsini, bunun da böyük hay-küyə səbəb olduğunu qeyd edir. Həmin dönəmdə ayrı-ayrı qaçaq dəstələrin yaranması haqqında tarixi məlumatlar da bizə məlumdur. Bu dəstələr talançı və soyğunçuluqla məşğul olur, xalqın min əzab-əziyyətlə yığdığı varidatını talayırdılar.

Daha sonra şair kürdlərin köməyindən söz açır. İbrahim bəy adlı bir cəngavərin kürdlərlə əlbir olub, Ermənistanı top atəşinə tutmasını, ermənilərlə mərdanə cəng etdiyini, onları öldürərək üst-üstə yığmasını lirik boyalarla əks etdirir.

 

Zahir oldu ol zamanda neçə dəstə çün hümay,

Kürd tərəfdən növcavanlar cümlə çəkdi huy-hay,

Necə güncüşk üstünə şahin şığar, ya qırşıqay,

Cümləsi tarac üçün oldu rəvan, talana bax.

 

Şair sonra ermənilərin qəfil atdıqları güllədən İbrahim bəyin ölməsini acı təəssüf hissi ilə qeyd edir. Bu vuruşda onun ölməyini "haqq yolunda canından keçən canan" kimi dəyərləndirir.

Şair Şuşanın müdafiəsi zamanı xalqın göstərdiyi qəhrəmanlığından məhəbbətlə söz açır, erməniləri qanına qəltan eləyən xalq heç nəyə baxmadan torpaqlarını qoruyurdular. Müəllif göstərir ki, minlərlə evləri top atəşinə tutan rus və ermənilər "özləri yandırdığı od onlara saldı şərar" deyərək, bu savaşda yeddi yüzdən çox erməninin öldüyünü qeyd edir. Şair onu da qeyd edir ki, vəziyyət o yerə çatdı ki,  ermənilər bir qəbirdə üç-dörd ölünü basdırmalı olurdular. Odur ki, "qoydular üz qaçmağa ol dəmdə cün pirü cavan", - deyərək, şair onların döyüş meydanından qocalı-cavanlı qaçdıqlarını qeyd edir.

Şeirin sonunda məlum olur ki, ermənilərin məğlubiyyətindən xəbər tutan Qalaşayov orduya geri çəkilmək əmrini verir. Erməni keşişləri sülh üçün təslim ələmini - bayrağını qaldırdılar. Onlar "məscidə üz qoydular, sən əhdə bax, peymanə bax" deyən şair Allahın zalımın cəzasını verdiyini, onun hökmü ilə haqsız axıdılan qanların yerdə qalmadığını, xalqın əzmkarlığını göstərir. Şeirin sonunda xalqın qəhrəmanlığını vəsf edən şair hünər sahiblərini Allahın qorumasını arzu edir:

 

Millətin mədhini, Nəvvab, etgilən sən intişar,

Sahibi-qeyrətləri hifz eyləsin pərvərdigar.

 

P.S. Mir Möhsün Nəvvab yaradıcılığı bugünkü Qarabağ döyüşlərinin əksinin o dövr timsalında bizə təqdimidir. Şairin poeziyası hal-hazırda gedən döyüşlərin bizə əyani sübutudur. 44 günlük Vətən müharibəsindən üzüağ çıxan Azərbaycan ordusu Mir Möhsün Nəvvabın ana yurdunu mənfur ermənilərdən azad etdilər. Şairin ruhu indi o torpaqlarda rahat uyuyur.

Mir Möhsün Nəvvab yaradıcılığı Azərbaycan ədəbiyyatının az işıqlandırılan sahələrindən biridir. Onun çoxşaxəli yaradıcılığı müxtəlif elm sahələrini özündə birləşdirir. Odur ki, müasir ədəbiyyatşünaslığın əsas problemi kimi, Nəvvab yaradıcılığının əlaqəli şəkildə araşdırılması daha məqsədəuyğundur.