Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Magjan Jumabay page of Kazakh symbolism - Nizami Mammadov Taghisoy

03-07-2023 [ 11:45 ] [ read:95 ]
printerA+ | A-
103591

Magjan Bekenuli Jumabayev is one of the poets who played an important role in acquiring philosophical shades of Kazakh poetry. At the time, Mukhtar Auezov voiced the following thoughts about him: "Among the current artists, only Magzhan's poetic syllable is oriented towards the future and is directed to the generations that will live after us. Since he is different from others with his talent, Valery Bryusov, a well-known representative of Russian symbolism, called Magzhan the Pushkin of the Kazakh people. Magzhan is a symbol of two Eastern and Western cultures. It attracted more attention due to its emphasis on the work of poets such as A.S. Pushkin, M.Y.Lermontov, A.Blok and A.Kunanbayev, among Russian and German poets V.A. Zhukovsky, A.A. Fet, D.N. Mamin-Sibiryak, L.V. Höte and H. Heyne and others. he voiced the works of such authors in the Kazakh language. Magjan was one of the thinkers who strongly defended the close connection of literature with the life of the people. Y. Aymautov and G. Tokjanov, one of the first Kazakh literary critics, considered Magjan the founder of Byronism in Kazakh poetry, "Kobız Koylıbaya", "Batır Bayan", They valued him as the creator of the first romantic poems such as "Gorgud", "Yusifkhan" and others. The problems of humanism, enlightenment, democratic approach and progress were more prominent in the poet's poetic handwriting.

"Yazıq qazax", "Mədəniyyət biliklərini necə qazanmaq?" və s. kimi şeirlərində maarifçiliyi; "Dombra", "Keçmiş", "Göycədağ" və s. kimilərdə xalqın faciəvi taleyini; "Qış yolunda", "Yay yolunda", "Qəlbin sirri" və s. kimilərdə simvolizmə daha çox meydan verdiyini, "Gülsüm", "Cəmilə", "Sevgi gül tikanı kimi", "Sən hamıdan gözəlsəni", "Züleyxa" və digər şeirlərində isə qadın vəsfini ön plana çəkib, onun gözəlləyini tərənnüm etməklə Maqcan məhəbbət lirikasının məharətli nümayəndəsi kimi özünü təsdiq etmişdir. Onun yaradıcılığında psixoloji sarsıntılar və emosional hallar son dərəcə şirin bir ləhcə ilə oxuculara təqdim olunmuşdur. Elə buradaca onu da qeyd edək ki, ensiklopedik biliklərə malik olan M.Cumabay öz ana dili ilə yanaşı, ərəb, fars, tatar və türk dillərini də mükəmməl bilirdi.

Maqcan bir şair kimi bəxti gətirməyənlərdən idi. Abay və klassik qazax poeziyasının layiqli xələfi olan Maqcan iki dəfə heç bir günahı olmadan repressiyalara, təhqirlərə və alçaldılmalara məruz qoyulmuş, daim izlənilmiş, hətta yazıb yaratmaq hüququndan məhrum edilmişdir. Lakin onu nə qədər alçaldıb, zindanlarda çürüməyə məruz qoysalar da, o, özünün parlaq işığı ilə sanki hər yeri nura boyamışdır. Maqcanın "Huri sifət qarındaş" "Gümüş nurlu ay", "Gülsüm xanıma", "Gülsümə", "Gənc gözələ", "Könül", "Bülbül", "Biz ayrılanda (G.-yə)", "Aldanan gözəl", "(G.-yə)", "Ana" və s. kimi şeirlərində şairin özünəməxsus mübhəm dünyası gözümüz önündə bütün rəngləri, naxışları və əzəməti ilə bərq vurur. "Bülbül" şeirindəki melodikliyə, harmoniyaya baxaq:

 

Bülbül quşum, qəlbim dərdə toxdur, tox,

Gözümdə yaş, canımda od çoxdur, çox.

Bu dərdimə dərman varsa səndə var,

Bilirəm ki, başqasından fayda yox.

 

Bu yerlərdən üç get yarın bağına,

Yetiş onun ən bəxtiyar çağına.

Söylə ona mənim ağır dərdimi,

Qon bağdakı incə bir gül tağına.

 

Maqcan Cumabayın poeziyasında "Sevgi", "Günəş", "Atəş" və s. kimi ifadələr öz poetik tamlığı, əzəməti ilə ortada dayanır. Nəticədə obrazlı söz nəinki qazax şeiri ənənələrindən qidalanmaqla maraqlı rayihə yaradır, həm də şairin digər ədəbiyyatlardan milli düşüncəsinə daxil etdiyi elementlər nəticə etibarı ilə Şərqlə Qərbin bədii sintezini yaradır.

Maqcanın lirik qəhrəmanlarının poetik obrazları nəinki qazax milli poeziyasını yaradanların bir sıra minayəndələrinin əsərləri ilə, həm də rus poeziyasından A.S.Puşkin, M.Y.Lermontov, A.Blok, Azərbaycan poeziyasının ünlü nümayəndələrindən S.Vurğun, M.Müşfiq, M.Hadi, Ə.Cavad və digərlərinin yaradıcılığındakılarla müqayisə edilə bilər. Bu da onunla bağlıdır ki, poeziya poetik təfəkkürə söykənməklə onun xassələrini özündə əks etdirib, təfəkkürdə yer almış obrazları yaradır. Axı söz-obraz hissi obrazla qırılmaz əlaqədədir. Adlarını çəkdiyimiz sənətkarların lirik yaradıcılığı qəlbin təşəkkülünün salnaməsidir və bu da həmin müəlliflərin əsil bədii kəşfidir. Maqcanın daxili aləminə Bayron romantizminin qiyamçı düşüncəsi uyğundur. Maqcanın lirik qəhrəmanın qəlbində Bayron və Lermontovda olduğu kimi hər şey alt-üst olur, son nəticədə o, həyatın mahiyyətinin heçə gedib çıxması ilə bağlı daha çox düşünməyə, götür qoy etməyə məcbur olur.

Şeirlərinin nəşr olunmasına qadağalar qoyulsa da, onlar xalq yaddaşında onilliklər ərzində qorunub saxlanılmış, musiqiyə çevrilərək doğma xalqı arasında görünməmiş populyarlıq əldə etməklə gələcək nəsillərin malına çevrilmişdi.

Qaynar yaradıcılığı dövründə onun "Şolpanın günahı", "Pedaqogika", "Həyat", "Berniyaza", "Tufan gecəsi", "Kəpənək", "Seçilmiş əsərləri" (hədiyyə nəşr - poeziya), "Peyğəmbər" (şeirlər və poemalar), "Türküstan" və s. kimi kitabları işıq üzü görmüşdür.

Maqcanın ədəbi fəaliyyətinin fəallaşdığı dövrdə o, cədidçi olaraq yazıb-yaratdığı vaxtda siyasi-sosial dairələrdə artıq Şərqin və Qərbin ədəbi-fəlsəfi qavrayışında müəyyən ənənə yaranmaqla, müsəlman dünyasını simvolizə edən bir yanaşma da ortaya gəlirdi. Burada Qərb - xristianlığı əks etdirirdisə, o, Şərqlə müqayisədə ziddiyyətli hadisə olmaqla, əksər hallarda əks qütb kimi təqdim olunurdu. Şərq və Qərb dünyasının ənənəvi mənzərələri şairin yaradıcılığında xeyli dərəcədə transformasiyalara uğrayırdı. Elə buna görə də məhz Şərlə Qərbin görünüşü onun tərəfindən yeni rakursda təqdim ortaya qoyulurdu. Burada şairin simvolist estetikası, türk etnik və genetik dünyadərki, köçəri-şaman və panteist-köçəri dünya dərki öz əksini tapırdı.

Maqcan xalq ənənələrinin nəinki məzmununu, həm də səslərin harmoniyasını, daxili ruhunu, melodikliyini, eyni zamanda onların hisslərini söz və ifadələrlə musiqinin gücü ilə daha səmərəli vermək baçarığına malik idi. Maqcanın şair kimi digərlərindən ən başlıca fərqi, məhz onun digərlərinə oxşamaması və öz fərdi üslubunu yaratması son dərəcə önəmli effekt yaradırdı.

Şairin poetik aləmi, özünəməxsus təfəkkür quruluşu, hissi və əşyavi dünyanı dərk tərzi bəzən çərçivələridən kənara çıxır. Şeirlərində yer almış obrazların metaforikası, kosmoqoniyası, metaforikası, poetik assosiasiyalar, işıqla zülmətin bir-birinə qarışması, şeirlərindəki gözəlliklə təzə-tərlik sanki zaman hədlərini aşmaq gücünə malik olur. Maqcanın parlaq poetik şəxsiyyət kimi təşəkkülü əsasən beş mədəni ənənənin - qazax mədəniyyəti, türk, şərq, qərb və rus klassikasının qabaqcıl nümayəndələrinin dəst-xəttindən gələn elementləri özündə birləşdirməklə ona poeziya kəhkəşanında öz yolunu tutmağa kömək etmişdir. "G.-yə" şeirində Maqcanın yaratdığı ritmika, harmoniya və struktur özəlliyinə diqqət edək:

 

Gün az yandı qızıl tək,

Haçan açdı gül-çiçək,

Nə tez gəlib ötdün, yaz.

 

...Hardasan, ey pərizad,

Bir göründün, oldun yad.

Oda saldın özümü.

 

Göydən baxan günəşdin,

"Çox görərsən" demişdin,

Bulud örtdü üzünü.

 

Maqcanın şeirlərinin böyük əksəriyyəti sübut edir ki, o, nəinki doğma, həm də şərq ədəbiyyat tarixinin və poeziyasının, rus və qərb ədəbiyyatının məşhur bilicisi olmuşdur. Eyni zamanda o, öz dövrünün mənəvi axtarışlarının içində olmaqla, F.Nitşenin, V.Solovyovun əsərlərində yer almış aparıcı fəlsəfi ideyalardan yaradıcılıqla qidalanmışdır. "Mən kiməm" şeirində onun özünə, varlığına, gücünə güvəndiyini aydın görürük:

 

Göydə günəm, işiğım saçaram,

Mən istəsəm ərşə qədər uçaram.

Bir dənizəm, yox sahilim, yox dibim,

Mən dağları, qayaları qucaram.

 

Mən alovam, yaxın durma, yanarsan,

Mən Qıratam, necə cidar vurarsan,

Kül olsa göy, yarılsa yer, qorxmaram -

Mənə baxıb heyrət ilə durarsan.

 

Özüm, sözüm, nəyim varsa heç olmaz,

Ölüm nədir, həyat nədir, bilinməz.

Özüm padşah, özüm qazı, özüm bəy,

Söz sorulmaz, mənə sual verilməz.

 

Maqcan qazax poeziyasına inamlı gəlişi özü ilə uzun, müddət ərzində simvolizm bədii cərəyanı ilə bağlı çeşidli fikirlər yarandı. Sırf qazax xalqına xas olan simvolik dünyaduyumu, məlum olduğu kimi, qazaxların şifahi xalq yaradıcılığı ənənələrində daim əks olunmuşdur. Çünki qazaxların tolqau, aytış natiqlik sənəti və pritçalarında daim xalq fəlsəfəsinin rasional rüşeymləri yer alırdı. Rus simvolizminin ünlü nümayəndəsi D.Merejkovski demişkən: "Poeziyada deyilməmiş hər hansı element simvolun gözəlliyinin içindən sanki bərq vururdu". Bax, Maqcan öz poeziyasında simvolların köməyi ilə maraqlı rayihə yarada bilirdi. Onun şeirlərinin mahiyyətində yaratdığı - real və irreal dünyalar üz-üzə dayanmaqdadır. Maqcanın simolikasında həyatın canlı dinamikası, qatı mistika dumanı, onun çoxsaylı törəmələri, özünəməxsus "atəş" silsiləsi yarada biləcək (V.Xlebnikov poeziyasındakı kimi) dövrün mühüm sualları Ulduzlar, Ay və s. kimi astral obrazlarla qarşılaşırıq. Təsadüfi deyildir ki, şairin istifadə etdiyi "atəşli öpüş", "atəşli baxış", "atəşli gözəllik" və s. kimi çeşidli söz-obrazlı assosiasiyalar alov, qığılcım, şəfəq və s. kimi sinonimlər, həm də təbiələ insanın əhval-ruhiyyəsini, ruhi halını, vəziyyətini ifadə edən elementlər kimi ortaya çıxırdı. Bu baxımdan onun yaradığı kəpənək obrazı maraqlıdır. Şair göstərir ki, kəpənək öz düşüncəsizliyi ucbatından özünü oda vurur, bununla da ölümə məhkum olub, külə dönür:

 

Rəngdən - rəngə girərək,

Daima uçar, qonar.

Oda vurar özünü,

Yerindəcə kül olar.

 

Odla  assosiativ uyğunluq, həmahənglik həm də şairin öz obrazı ilə eyniləşir. Onun fikrincə şair həm də səmalara yüksəlmiş od-alovdur. Odur ki, şairlə söz güləşdirmək, odla oynamaq kimi son dərəcə təhlükəlidir. Buna görə də düşünür ki, həddimizi aşsaq kəpənək kimi kül olarıq:

 

Qanad yeliylə uçsaq,

Biz də "yandım" deyərik.

Altın almaq yerinə -

Küldən kəfən geyərik.

 

Maqcanın nəinki bu, həm də digər şeirlərində poetik obraz dərin fəlsəfi mahiyyət kəsb edir, aura yaradır. Şairin əksər əsərlərinə arifçilik ideyalarına yiyələnmə daha öncül mövqedə dayanır. Xalqın, insanların pozitiv baxımdan dəyişilməsi yalnız onun qaranlıqdan işığa, günəşə, ulduzlara istiqamətlənməsi hesabına baş verə bilər. Bax, burada Maqcanın yaradıcılığında Abaysayağı bir çağırış - doğma xalqı işığa, biliklər qazanmağa, dünya mədəniyyəti səviyyəsinə səsləmə özünü biruzə verir.

Maqcan dünyadüzümünün müstəqil, dərin və özünəməxsus konsepsiyasını yaradır. Onun mərkəzi konstantları Şair və Şərq (Od və Günəş) olmaqla, həm də həyatın yaradıcı başlanğıcının daimi olduğunu təsdiqləməkdədir. Maqcan poeziyası həyata və insana vurğunluq, onun mahiyyəti və simvolların köməyi ilə dərkə istiqamətlənən fəlsəfi poeziyadır.