Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

OTHER NEWS

Science Day and modern science: renewal processes

27-03-2024 [ 13:57 ] [ read:121 ]
printerA+ | A-
104385

Another example of our state's support for science is Science Day, which was created in Azerbaijan by President Ilham Aliyev's decree on April 9, 2018. Celebrating this day on a large scale entails tasks such as raising issues related to the development of science, evaluating the services of scientists, drawing conclusions from positive experiences of the path taken in the field of science, learning from the processes going on in the world in the field of science, and implementing scientific awareness initiatives. Science Day is particularly important in terms of reporting academic science, university science, and field science to society, as well as outlining future goals in this area and anticipating the science of the day.

Academician Isa Habibbeyli, head of the Azerbaijan National Academy of Sciences (ANAS), conveyed these sentiments in a statement to AzerTac.
Academician Isa Habibbeyli stressed that ANAS's 80-year responsible and honourable growth route represents a unique moment in the century-long development history of Azerbaijani science. He highlighted that scientific schools in many fields have been created on the premises of the Academy of Sciences in Azerbaijan. In the former Soviet Union and beyond, Azerbaijan is known as a key scientific centre in petrochemicals, petroleum geology, semiconductor physics, paleontology, management systems, photosynthesis, and breeding. The Academy has also been recognized as one of the primary growth centres for national concepts, national statehood ideology, and national moral standards in our country.

Prezidentin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı ilə Azərbaycan elminin inkişafında yeni mərhələ başlanıb. Azərbaycan Milli Elmlər Akademiyasının 2023-cü il 3 noyabr tarixdə təsdiq edilmiş yeni Nizamnaməsi AMEA-nın və ümumiyyətlə elmi fəaliyyətin ölkəmizin inkişafında başlanmış yeni epoxanın tələblərinə uyğun şəkildə yenidən qurulmasına geniş meydan açır. Son illərdə yenidən təşkilatlanma və müasir idarəetmə ilə əlaqədar AMEA-da həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycan elminin ölkəmizin inkişafına, müasir dövrün məsul vəzifələrinə doğru inkişaf etdirilməsinə təminat verir. Akademiyada azərbaycançılıq ideyasının ön mövqeyə çıxarılması, yeni tarixi dövrün milli ideologiyasının müəyyən edilməsi istiqamətindəki araşdırmalar elmimizin milli dövlətçilik maraqlarına və milli-mənəvi dəyərlərimizin tədqiq edilərək yeni nəsillərə çatdırılmasına hesablanmış tədbirlərdir. Artıq Azərbaycan ədəbiyyatı tarixinin 10 cildindən 7 cildinin yeni konsepsiya əsasında yazılıb başa çatdırılması, Azərbaycan tarixinin 15 cilddə yenidən yazılması üçün elmi konsepsiyanın və plan-prospektin müəyyən edilməsi, çoxcildlik milli fəlsəfi təlimlər kitabı seriyasının davam etdirilməsi yeni tarixi mərhələnin elmdəki əks-sədasının əməli təzahürüdür. Nəsimi adına Dilçilik İnstitutunda repressiya qurbanı, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayevin 1935-1937-ci illərdə ərəbcədən dilimizə tərcümə edilmiş “Divanü-lüğat-it-türk” kitabının 86 ildən sonra üzə çıxarılması və 3 cilddə müqəddimə, giriş məqaləsi və şərhlərlə birlikdə nəşr edilməsi yeni tarixi mərhələnin mühüm elmi naliyyətlərindən biri kimi qiymətləndirilməyə layiqdir. “Qarabağın və Şərqi Zəngəzurun Dialektoloji Atlası”nın hazırlanıb nəşr edilməsi günün elminin əhəmiyyətli nailiyyətlərindən biridir. AMEA-nın elmi-tədqiqat institutlarında aparılan tədqiqatlar və bu mövzuda nəşr edilən kitabların əsasında akademiyanın yeni Qarabağnamələr silsiləsi yaradılıb. Arxeologiya və Antropologiya İnstitutunun Qarabağın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi qazıntılar həm bu diyarın qədim tarixini, həm də I Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri üzə çıxarıb. Bu il arxeoloji tədqiqatların və qazıntıların əhatə dairəsi daha da genişləndirilərək bütün Qarabağı və Şərqi Zəngəzuru əhatə edəcək”.

AMEA-nın “Heydər Əliyev İli”ndə Ümummilli Liderin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərinin tədqiq edilib öyrənilməsi sahəsində böyük uğurlara imza atdığını deyən İsa Həbibbəyli akademiyanın alimləri tərəfindən ikicildlik “Heydər Əliyev ensiklopediyası”nın hazırlanması üçün ilkin sözlük bazası üzərində işin başa çatdırıldığını bildirib: “Azərbaycan elmində Ulu Öndərin həyatı və fəaliyyətinin tanıdılmasından və təbliğ edilməsindən fundamental tədqiqatlar əsasında araşdırılıb ümumiləşdirilməsinə keçidi əks etdirən bir kitabxanalıq qədər monoqrafik tədqiqatlar hazırlanaraq nəşr olunub. Akademiyanın Ümumi yığıncağının Xüsusi iclasında, beynəlxalq və respublika miqyaslı konfranslarda dinlənilmiş məruzələr, aparılan müzakirələr dahi rəhbər Heydər Əliyevin şəxsiyyəti, xidmətləri və ideallarının xalqımıza və dünyaya çatdırılmasına uğurla xidmət edir. Eynilə “Nizami Gəncəvi İli”ndə də AMEA Azərbaycan nizamişünaslığının azərbaycançılıq meyarları ilə yeni elmi əsaslarının yaradılmasına mühüm töhfələr verib. Azərbaycanda və xarici ölkələrdə ana dilimizdə və beynəlxalq miqyasda nəşr edilmiş monoqrafik əsərlər və nüfuzlu jurnallarda çap olunmuş məqalələr böyük Azərbaycan şairi Nizami Gəncəvi dühasının sənət qüdrətinə, ölməz şairin milli kimliyinə, nəsil şəcərəsinə, onun dünyamiqyaslı şöhrətinə gur işıq salan yeni araşdırmaların ana xətlərini müəyyən edir.

Prezident İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış konsepsiyasının elmi əsaslarını formalaşdırmaq üçün AMEA-da Qərbi Azərbaycan Tədqiqatları Əlaqələndirmə Şurasının iclasları keçirilərək müvafiq qərarlar qəbul edilib. “Qərbi Azərbaycan ensiklopediyası”nın sözlüyü üzərində iş başa çatdırılıb, Qərbi Azərbaycana həsr edilmiş elmi əsərlərin biblioqrafiyası kitab halında nəşr edilib. Tarix və Etnologiya İnstitutunda yaradılmış Qərbi Azərbaycan Tarixi, Folklor İnstitutundakı Qərbi Azərbaycan folkloru, Dilçilik İnstitutundakı Toponimika şöbələrində arxiv sənədləri və dövri mətbuat materialları əsasında fundamental tədqiqatların aparılması sahəsində işlər davam etdirilir. AMEA-da Qərbi Azərbaycana dair yaradılan şöbələr və aparılan tədqiqatlar Ermənistan Elmlər Akademiyasında ciddi narahatlıq doğurub və buna görə qonşu ölkənin akademik təşkilatının rəhbəri ölkəsinin Təhlükəsizlik Şurasına müraciət edərək, özlərində də bizə qarşı tədqiqat və təbliğat aparmaq üçün əlavə kömək göstərilməsini xahiş edib. AMEA-nın Tarix və Etnologiya İnstitutu ilə Atatürk Kültür, Dil və Tarix Qurumunun Türk Tarix Qurumu ilə birlikdə ötən ilin noyabrında “Rəvandan - İrəvana və Qərbi Azərbaycana” mövzusunda beynəlxalq elmi konfrans keçirməklə Qərbi Azərbaycan tədqiqatlarının miqyasını daha da genişləndirib.

İsa Həbibbəyli vurğulayıb ki, akademiyada aparılan islahatlar sırasında elektron hərəkat xüsusi yer tutur. Akademik fəaliyyətin elmmetrik qiymətləndirilməsi, AMEA alimlərinin əsərlərinə istinadların müəyyən edilməsi üçün beynəlxalq elmi bazalarda profillər yaradılması, elmi jurnalların elektron bazasının qurulması, elmi-tədqiqat institutlarında Elektron xidmətlər şöbəsinin təşkili yeni addımlardır: “MDB məkanında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında Virtual Elektron Resurslar Sistemi yaradılıb. Türk dövlətləri içərisində Türkiyədən sonra ilk dəfə olaraq AMEA-da elmi jurnalların Dərgi Park Şəbəkəsi təşkil edilib. Nəhayət, AMEA-nın Türkiyənin nüfuzlu TÜBİTAK akademik təşkilatı ilə bu il fevralın 28-də imzaladığı əməkdaşlıq müqaviləsi qardaş ölkənin elmi qurumu ilə birlikdə ölkəmizin TÜBİTAK-nın yaradılmasına hədəflənib. Hazırda elektron akademiyaçılar sadə elmmetrik hesablamalar aparmaq bacarıqlarına malik robot texnologiyaları modeli yaratmaq üzərində hazırlıq işləri aparırlar. Eyni zamanda, AMEA-da “Süni intellekt və rəqəmsallaşdırma: imkanlar və risklər” mövzusunda elmi konfransın keçirilməsi nəzərdə tutulur ki, bu da elektron hərəkatın nəzəri dərkinə və praktik əhəmiyyətinə diqqəti daha da artırır.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, günün elmi haqqında danışarkən AMEA-nın dünya elminə inteqrasiyası sahəsində atdığı addımları ayrıca qeyd etməyə ehtiyac var: “AMEA-nın tarixində ilk dəfə olaraq, 2023-2024-cü illərdə Milli Elmlər Akademiyası 3 beynəlxalq elmi təşkilatın üzvlüyünə qəbul edilib. Hazırda AMEA Beynəlxalq Elmi Şura, Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyası və Avrasiya Universitetlər Birliyində tam səsvermə hüququna malik olan akademik qurum statusu qazanıb. Son illərdə Türkiyə, Pakistan, Bolqarıstan, Özbəkistan, Qazaxıstan, Monteneqro Elmlər akademiyaları ilə bağlanmış müqavilələr, əldə edilmiş razılaşmalar AMEA-nın əməkdaşlıq əlaqələrini daha da genişləndirib. AMEA əməkdaşlarının Çinin Honkonq Elmlər Akademiyasının, Qazaxıstan və Gürcüstan Elmlər akademiyalarının fəxri üzvü seçilmələri, Nobel mükafatı laureatı Əziz Səncərin AMEA-nın fəxri üzvlüyünə qəbul edilməsi, alimlərimizin nüfuzlu beynəlxalq elmi jurnalların redaksiya heyətində təmsil olunmaları akademiyanın dünya elmi meridianlarındakı yeni səhifələridir. Eyni zamanda, AMEA-da ötən ilin noyabrında “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda keçirilmiş beynəlxalq elmi konfrans Azərbaycan alimlərinin sağlam rəqabət əsasında beynəlxalq elmi səviyyəyə çıxmaq imkanlarına iddialı olmalarını təşviq etməyə hesablanıb. Bu günlərdə Nobel Sülh mükafatı laureatı banqladeşli Məhəmməd Yunusun AMEA-da olması və aparılan müzakirələrdə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə doğru yeni addımların atılması zərurətinin diqqətə çatdırılması bu sahədə yeni hədəflərin müəyyən edilməsinə meydan açır. İlk dəfə olaraq Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun Türk Dil Qurumu ilə birlikdə 2023-cü ilin sentyabrında AMEA-da Türk Dili Bayramının qeyd edilməsi Humanitar Elmlər Bölməsinin institutları ilə qardaş ölkənin eyni profilli qurumlarının əlaqələrinin daha da genişləndirilməsinə səbəb olub. Qardaş Türkiyənin elmi qurumları ilə əməkdaşlığımızın yüksələn xətlə inkişaf etməsi AMEA-nın 2023-cü ildə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun və Türk Dil Qurumunun “Türk dilinə xidmət” beynəlxalq mükafatı ilə təltif olunmasında öz əksini tapıb”.

AMEA rəhbəri vurğulayıb ki, struktur islahatları akademiyada yeniləşmə proseslərinin mühüm hadisəsidir: “Tarix İnstitutunun bazasında Tarix və Etnologiya İnstitutunun, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əsasında Arxeologiya və Antropologiya İnstitutunun təşkili bu istiqamətlərdə tədqiqatların və tədbirlərin də miqyasının dərinləşdirilməsinə və genişləndirilməsinə xidmət edir. Eyni zamanda, AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının tərkibində zamanın müasir tələblərinə uyğun olaraq “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı”, “Türk xalqlarının tarixi və etnologiyası”, “Xəzərin arxeologiyası”, “Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı”, “İdrak nəzəriyyəsi və məntiqi”, “Türk xalqlarının əlyazmaları”, “Musiqi folkloru” şöbələrinin, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Türk Ədəbiyyatı Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan elminin yeniləşmə imkanlarının daha da genişləndirilməsinə şərait yaradır”.

Akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA Elm Günündə hesabat verərkən qarşıda duran məsul vəzifələri diqqətlə nəzərdən keçirərək irəliyə doğru addımlayır.

“Azərbaycançılıq istiqamətində tədqiqatların mükəmməl elmi sisteminin yaradılması, Türk dünyası ilə elmi əlaqələrin daha da genişləndirilməsi, humanitar və ictimai elmlər sahəsində süni intellektin tətbiq edilməsi, yeni elmi nəslin hazırlanmasına diqqətin artırılması, daha optimal idarəetmə sistemlərinin qurulması, elektron sənəd dövriyyəsinin müasir səviyyəyə qaldırılması və ən başlıcası, müstəqil dövlətimizin daha da inkişaf etdirilməsində Azərbaycan elminin rolunun artırılması AMEA-nın gələcəyə doğru hədəflərində mühüm yer tutur. Artıq AMEA-nın embleminin dəyişdirilməsi və yeni loqotipinin yaradılması üçün keçirilən müsabiqə başa çatmaq üzrədir. Müsabiqəyə akademiyanın 23 əməkdaşının çəkdiyi 57 layihə təqdim olunub, 27 Mart - Elm Günü tədbirləri çərçivəsində həmin eskiz layihələrinə ictimai baxışı təmin etmək üçün ilk sərgi təşkil edilib. Tərkibində görkəmli rəssamların da olduğu müsabiqə komissiyasının qiymətləndirilməsindən sonra həmin eskiz layihələri içərisindən AMEA-nın loqosu üçün seçilmiş iş qəbul ediləcək.

Prezident İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində irəli sürdüyü çağırışlar AMEA kollektivinin, alimlərimizin qarşısında daha mühüm vəzifələr qoyur. Azərbaycan alimləri müstəqil dövlətimizin inkişafına xidmət etməyi müqəddəs borc bilərək daha böyük elmi hədəflərə doğru inamla addımlamağı şərəf işi hesab edirlər. AMEA-nın elmi heyəti bu akademik təşkilatın təsis edilməsinin 80-ci ilinin başlanğıcında Elm Gününü bu əhvali-ruhiyyədə qeyd edir. Elm Günü mahiyyəti etibarilə günün elminin vəzifələrinə, öhdəliklərinə və çağırışlarına işıq salır”, - deyə AMEA prezidenti fikrini yekunlaşdırıb.

OTHER NEWS