Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Sheikh Muhammad Rasizadeh is the target of "horrible humor of the 20th century" - Lutviya Askarzadeh

10-02-2023 [ 13:38 ] [ read:62 ]
printerA+ | A-
103091

Since 1906, Sheikh Muhammad was one of the activists of the "East Gate" newspaper, which was published in the periodical press, and his publicist writings and "publicist poetry" written by the dictates of the time were mainly published in this newspaper. Although Sheikh Muhammad's artistic creativity is extensive, unfortunately, only a small part of it, and most importantly, the examples considered necessary for the Soviets and unnecessary for today, have come down to us. Along with the poems "Seven Girls", "1914" and "Stormy Winter Poet", Sheikh Muhammad dedicated poems to Maxim Gorky, Mirza Fatali Akhundov, M.A. Sabir, "Women in Two Structures", "New World" poems also. Maxim Gorky, to whom Sheikh Muhammed dedicated a poem, who, like Sheikh Muhammed, did not serve the regime and became a toy in the regime's hands, sometimes supported the Bolsheviks, sometimes mercilessly criticized them, sometimes stood up for the arrested, and sometimes justified repressions. The life of the "Storm Bird" poet was contradictory, and his death was also mysterious. According to some sources, M. Gorky was poisoned and killed on June 21, 1936.

Sovet rejimi və Stalin haqqında qəbuledilməz ifadələrindən dolayı həbs edilən A.İ.Soljenitsın "Sovet İttifaqı rəhbərlərinə məktubunda" "sosializmi 20-ci əsrin qorxunc yumoru" adlandırmışdı. Bütövlükdə keçmiş SSRİ-ni çuğlayan "20-ci əsrin qorxunc yumoru" ədəbiyyatımızdan da yan keçməmiş, "qorxunc yumoru" alqışlayanlardan ibarət ordu yaranmışdı. Dövrana ayaq uydurmuş, bir çox şairlər kimi, Şeyx Məhəmməd Rasizadə də rejimin qorxusu ilə sosializmi alqışlamaq məcburiyyətində qalmış, sosializmi alqışlayanlar cərgəsində yerini almışdı. Hətta ideologiyaya uymayan yaradıcılığının ona zərər gətirəcək böyük bir qismini məhv etmişdi. Zərərsiz, qorxusuz bilib saxladıqları isə o dövrçün yararlı saydıqlarıdır. Bunun üçün Şeyxi qınamayaq, çünki 70 illik ədəbiyyatımız bu ideologiyaya köklənmişdi. Bunun üçün o illərdə ölkədəki gərgin-ictimai siyasi vəziyyəti, zamanın sözçüsünə, partiyanın "təkərciyi və vintciyi"nə çevrilən Azərbaycan mətbuatının mənzərəsini izləmək, həmin dövrdə çap olunan yazıların başlıqlarına nəzər salmaq kifayətdir.

Bolşeviklərin mətbuatın və ədəbiyyatın qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün mətbuatımızda və ədəbiyyatımızda böyük bir yarış başlamış, mətbuatla qoşa addımlayan ədəbiyyatımızda "təsərrüfat və istehsalat" mövzusu ədəbi fikrin baş mövzusuna çevrilmiş, kollektivləşmə hərəkatı, təsərrüfat məsələləri, qolçomaqlarla mübarizə ədəbiyyatımızı ağuşuna almışdı. Şairlər ən gözəl şeirləri Leninə, Stalinə, traktora, pambığa, neftə... yazırdı. İdeologiyanı alqışlamayanlar, məsələn, Şeyx Məhəmmədin qardaşı filosof şair-dramaturq Hüseyn Cavid, "doğru yol"a dəvət edilir, seçdiyi mövzulardan dolayı kəskin tənqid edilirdi. "Tənqidçilər qardaşı Cavidin, niyə kolxozdan, traktordan, pambıqdan yazmırsan", - deyərək üzünə bozaranda, Şeyx Məhəmməd, traktorçulara da ("Traqtorçulara") şeir yazmışdı, kolxozun naxırına ("Kolxoz naxırına"), pambığın nübarına ( "Pambıq nübarı") da. Qardaşların, Hüseyn Cavidin və Şeyx Məhəmmədin eyni gündə, eyni qəzetdə ("Ədəbiyyat qəzetəsi", 6 fevral 1935) dərc olunan, mütəfəkkir Cavidin "Şərq qadını", Şeyx Məhəmmədinsə rejimi alqışlayan şeirləri fikrimizin təsdiqidir.

Şeyx Məhəmməd sovet cəmiyyətinin "yeni insan", "yeni əşar" tələbinin nə olduğunu, "insan"ın və "əfkar"ın, "fəlsəfə" və "əşar"ın dəyişdiyini bilirdi. 1920-1930-cu illərdə ədəbi prosesi izləyən, Şeyx Məhəmməd, yeni mərhələnin yaradıcılıq tendensiyalarına da münasibət bildirirdi. Onun "damarında bolşevik qanı axan traktorçuya" həsr etdiyi şeiri bu tendensiya ilə yazdıqlarından biridir. Şeirə nəzər salmaq, dövrü və dövrün şairini anlamağa kifayət edir:

"Qarşımızda vardır 5 illik plan,

Qolxozlara bizlər verməliyiz can.

Azərbaycan, Ərmənistan, Gürcüstan

Beynəlmiləl qızıl traqtorcuyam".

Və ya "Aqşam çaqı naxır qayıdan zaman ruhunda başqa bir həyəcan doqan" şairin həyəcanlarını - "20-ci əsrin qorxunc yumoru"nu izləyək:

"Aqşam çaqı naxır qayıdan zaman

Doqur ruhumda başqa bir həyacan.

Zatən bunlar da canlı bir şeirdir.

Hamının payı var bu mal qaradan,

Rəhbərin özüdür bunu yaradan".

Bu şeirləri oxuduqca Şeyxin necə ağır məhrumiyyətlərlə üz-üzə qaldığını, hansı səbəblərdən yazdığını anlamaq o qədər də çətin deyil. "Cavidlə Cavid arasında qalan" qardaşı kimi, mötəbər insan, mükəmməl müəllim, maarif xadimi Şeyx Məhəmməd də iki arada qalmışdı. "Ordenli diyar"ı, bu diyarın əmək zərbəçisini, əsrin yeni kadrolarını şeirlə alqışlayır, "Yeni qadrolar" adlı şeirdə, özünü də "bu dünyanı quranlardan", "mədəniyyət baqının baqbanlarından", "sosialist yurdunun qəhrəmanlarından", "yeni dünyanın yeni insanlarından" biri olaraq təqdim edir: "Sosialist dünyası quranlarıq biz." "Dəyişən dünya"da "dəstədən geridə qalmamaq üçün" sovet ideologiyasının tələblərinə uyğun mövqe nümayiş etdirən Şeyx Məhəmmədin bu şeirlərini akademik R.Hüseynov "Ünvanları hər mətləbi anladan mənzumələr" adlandırır. Şeyx Məhəmməd, "hər mətləbləri anladan mənzumələr"i qəzetdə dərc olunandan sonra "Naxçıvanda şura platformasına gələn qoca yazıçılardan biri" kimi təqdim olunur.

İdeologiyanın hakim olduğu ziddiyyətli, mürəkkəb, bomboz dövran insanları da özünə bənzədib, təbii ki bunu hamıya aid etmək olmaz. Deyirlər ki, insanlar mühitinə bənzəyir. Mühitin yazıçısı, şair, tənqidçisi də öz mühitinə bənzəyir. Şeyxin şeirlərinə münasibət də ikili xarakter daşıyıb. Əbdül Kazım (Ordubadlı) imzalı müəllif yazılarında gah "Dəyərli parçaları olan" Şeyxi alqışlayıb, "Azərbaycanın bütün oxucularının" onu tanımasını arzulayıb, gah da "köhnə şeir dilini hələ yerə qoymadığına görə" tənqid edib. Dini təhsil alan, Quranı orijinaldan oxuyan, ərəbi və farsı ana dili qədər mükəmməl bilən Şeyxin dili necə olmalı imiş? Şeyx, yolunu, əbasını, "şapkasını" dəyişdiyi kimi dilini, üslubunu da dəyişməli imiş. Və dəyişirmiş, dəyişməyə məcbur edilirmiş. Bu dəyişmənin nəticəsidir ki, Azərbaycanda "ərəb"dən "latın"a keçərkən, Şeyx Məhəmməd, ərəb əlifbası ilə yazdığı bir şeirində Azərbaycanda ərəbdən latına keçilməsini, "Türk elinin zirdən, zəbərdən", "tənvindən, nöqtədən, məddən, təşdiddən", "iki gözlü "ha" dan, əlif-həmzədən," "girdə "ta", girdə "kaf" və uzun "kaf"dan qurtulduğunu" alqışlamışdı: "Əskiliyə dərin quyu qazdılar, /Tarixə bir qızıl səhfə yazdılar".

Şeyx Məhəmməd bu şeiri yazmağa məcburdu. Çünki ruhani təhsilli Şeyx bunu yazmasaydı, latının, yeniliyin düşməni elan ediləcəkdi. Bu şeirləri yazan tək Şeyx Məhəmməd deyildi, adlı-sanlı, sonralar "Xalq şairi" adını almış şairlər də yazırdı. Dinin və dindarın, daha çox yüksək təhsilli Şeyxlərin gözdən salındığı bir dövrdə yaşayırdı Şeyx Məhəmməd (sonralar həbs olunaraq məhv edildilər). Allahsızlar cəmiyyətinə nə din, nə Şeyx lazım deyildi (tələbəsi akademik Məmməd Cəfər Cəfərov xatirələrində Şeyx Məhəmmədin divar qəzetində "evində gizlincə başında şapka namaz qılan" karikaturasının verilməsindən bəhs edir). Yəni Şeyx Məhəmmədin dönüb Məhəmməd Rasizadə olması səbəbsiz deyildi. Təəssüf ki, nə Şeyxin qələminə yaraşdırmadığımız şeirlər, nə Məhəmməd Rasizadə olması onu sığortalaya bilir...

(Ardı var)

525-ci qəzet. - 2023. - 08 fevral.

OTHER NEWS