Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Beynəlxalq elmi əlaqələr. Konfranslar

"Osmanlıdan Cümhuriyyətə xatirat” adlı beynəlxalq elmi konfransda

02-05-2018 [ 12:43 ] [ oxunub:232 ]
printerA+ | A-
80352

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları  prof. Almaz Ülvi Binnətova və Ədəbiyyat nəzəriyyəsi şöbəsinin elmi işçisi Nizami Vəliyev 25-27 aprel tarixlərində Türkiyənin Aydın şəhərində Adnan Menderes Universiteti və Türk Tarih Qurumu tərəfindən keçirilən “Osmanlıdan Cümhuriyyətə xatirat” adlı beynəlxalq elmi konfransda iştirak etmişlər.  Konfransda prof. Almaz Ülvi Binnətova “Türkcə yazılmış ilk xatirə kitabı”Baburnamə”nin Bakı əlyazması nüsxəsinin təsviri və əsərdə Əlişir Nəvai izləri”, Nizami Vəliyev isə “1963-1983 –cü  illər Türkiyə:xatirələr işığında  Azərbaycandan baxış” adlı elmi məruzələrlə çıxış etmişlər. Qeyd edək ki, Nizami Vəliyev eyni zamanda yuxarıda adı qeyd edilən konfransın bilim kurulunun üzvüdür.

SİZƏ MARAQLI OLA BİLƏR